» » Ceyhun Osmanlının "İrəli"si bağlandı

Ceyhun Osmanlının "İrəli"si bağlandı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ceyhun Osmanlının "İrəli"si bağlandı
"İrəli" İctimai Birliyinin bağlanması barədə qərar verilib.

Bu dəqiqələrdə təşkilatın yerləşdiyi ofisin boşaldılmasına başlanılıb.

Məlumata görə, “İrəli”nin dövlət səviyyəsində dəstəklənməsinə artıq son verilib. “İrəli”nin ofisdən çıxarılması təşkilata ayrılan maliyyənin dayandırılması ilə izah edilir. Maliyyənin dayandırılmasının əsas səbəbi kimi isə Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılması və Ceyhun Osmanlının bu Birlik vasitəsilə Gülən hərəkatı ilə əlaqələri göstərilir.

Qeyd olunur ki, təşkilatın Gənclər Fonduna təqdim etdiyi layihələrin heç biri keçməyib. Bu barədə 6 may tarixində “İrəli”: Gənclər Fondunun qara siyahısında” başlıqlı yazıda ətraflı məlumat verilib. Məsələ ilə bağlı “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevlə əlaqə saxlamağa çalışdıq. “İrəlinin ofisdən çıxarılması ilə bağlı yayılan məlumatlar nə qədər doğrudur?” sualını eşidən R.Mərdiyev telefon əlaqəsini kəsdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı/axar.az/.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler