» » Ərdoğan Putinin hədəsinə cavab verdi: "-

Ərdoğan Putinin hədəsinə cavab verdi: "- Düz etmişik"

Bölmə: BLOK XƏBƏR
Ərdoğan Putinin hədəsinə cavab verdi: "-
“Türkiyə öz sərhədlərini qorumaq hüququna malikdir və qoruyacaq”.

Xalqinfo.az saytı xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, “TRT Haber” telekanalının canlı yayımındakı çıxışında Rusiyanın hədələrinə belə cavab verib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Hərbi-Hava Qüvvələri Rusiya təyyarəsini vurmazdan əvvəl ona 10 dəfə xəbərdarlıq edib. Buna baxmayaraq Rusiya HHQ-nin təyyarəsi Türkiyənin hava məkanını tərk etməyib.

Ərdoğan onu da deyib ki, Rusiya təyyarəsinin vurulması Türkiyənin hərbi qnunvericiliyinin tələbləri çərçivəsində baş verib.

Türkiyə prezidentinin sözlərinə görə, Rusiya HHQ təyyarələrinin bombaladığı ərazi terrorçuların bazası deyil: “Rusiya ŞİDİ- bombalamaq adı altında bizim türkman qardaşlarımızın mövqelətinə zərbələr endirir”.

Xatırladaq ki, Türkiyə HHQ-nin F-16 qırıcıları bu gün səhər bu ölkənin hava məkanına soxulan Rusiyanın Su-24 hərbi təyyarəsini vurub. Hər iki pilot katapult eidb. Təyyarə isə Suriya ərazisinə düşüb.

Bundan sonra Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin Türkiyəyə hədələyici tonda xəbərdarlıq ünvanlayıblar.

“Rusiya bu cinayətin törədilməsinə, ona aid Su-24 təyyarəsinə hücum edilməsinə dözməyəcək. Bu hücum Türkiyə-Rusiya münasibətləri üçün faciəvi nəticələrə səbəb olacaq”- deyə Putin xəbərdarlıq edib.

Virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler