» » “Əgər qalib gələ bilməsək...” -

“Əgər qalib gələ bilməsək...” - Səyyad Aran

Bölmə: BLOK XƏBƏR
“Əgər qalib gələ bilməsək...” -
“İcazə verə bilmərik ki, ayrı-ayrı qüvvələr İslam dini adı altında Azərbaycan gənclərinin mənəviyyatını və tərbiyəsini zədələsinlər”.


“Xalqinfo” xəbər verir ki, bu sözləri DQİDK-nin sədr əvəzi Səyyad Aran QMİ-də keçirilən tədbirdə səsləndirib. O din xadimlərinə müraciət edərək bildirib ki, onlar bu gün bura böyük mübarizənin ilkin mərhələsində başlayan insanlar kimi gəliblər: “İdeoloji mübarizə bütün sahələrdə var. İqtisadiyyat, sənaye, həmçinin də dində. Əgər qalib gələ bilməsək, özümüzü qısa zaman kəsiyində umduğumuz yerdə görməyəcəyik. Gənclər bizim siyasətimizi layiqincə davam etdirə bilməsə, varislərimiz olmasa cəmiyyətin gələcək həyatında böyük xaos ola bilər.

Özümüzü tam oyundan kənar vəziyyətdə görə bilərik. Heydər Əliyev tədbirlərin birində peyğəmbərcəsinə belə dedi ki, gənclərimiz dini olduğu kimi öyrənməli, qəbul etməli və istifadə etməlidir. İcazə verə bilmərik ki, ayrı-ayrı qüvvələr İslam dini altında Azərbaycan gənclərinin mənəviyyatını və tərbiyəsini zədələsinlər”.
qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler