» » Cahangir Hacıyev Hacı Məmmədovla necə görüşüb?

Cahangir Hacıyev Hacı Məmmədovla necə görüşüb?

Bölmə: BLOK XƏBƏR
Cahangir Hacıyev Hacı Məmmədovla necə görüşüb?
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduqdan sonra Hacı Məmmədovla şəxsən görüşüb.

“Xalqinfo” xəbər verir ki, bu haqda azadliq.info məlumat yayıb. Məlumatda biıdirilir ki, görüş Eldar Mahmudovun dəstəyilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında baş tutub. İddialara görə, Cahangir Hacıyev görüşdə Hacı Məmmədovdan xanımının qaçırılması ilə bağlı olayın təfsilatını soruşub.

Hacı Məmmədovun dedikləri Cahangir Hacıyevlə Eldar Mahmudovun əlində rəqiblərinə qarşı rıçaq olub. Ümumiyyətlə, Eldar Mahmudov bir çox məmuru məhz Hacı Məmmədovun verdiyi bilgilər əsasında “verbovat” edib.

Sayt yazır ki, redaksiyaya daxil olan başqa məlumatda bildirilir ki, Eldar Mahmudovun yaratdığı dəstə xarici media ilə də fəal işləyib. Məlumata görə, dəstə hansısa məmuru sıradan çıxarmaq istədikdə xarici mətbuatda onun haqqında kompromat tipli materiallar dərc etdirirmiş.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler