» » İŞİD Fransada niyə terror törətdiyini -

İŞİD Fransada niyə terror törətdiyini - Açıqladı

Bölmə: BLOK XƏBƏR
İŞİD Fransada niyə terror törətdiyini -

İŞİD Fransada niyə terror hücumu həyata keçirdiyini açıqlayıb.

"Xalqinfo"nun anspress-ə istinadən məlumatına görə, terror təşkilatı peyğəmbərin təhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görə terror aktlarının həyata keçirildiyini bəyan edib.

Təşkilat hücumların Fransanın hazırkı siyasəti davam etdirdiyi müddətə qədər davam edəcəyini bildirib. Bu terror aktını isə onların Fransaya bir xəbərdarlıq mesaji olduğunu deyiblər.

İŞİD-ə yaxın saytlar terror aktını “Avropanın 11 Sentyabrı” kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardan biri həbs edilərkən “mən İŞİD-in üzvüyəm” deyə şuar səsləndirib.

Fransanı qana bulayan terror aktı nəticəsində polisin açıqladığı rəqəmlərə görə, 128 nəfərin öldüyünü bildirilir. Amma qeyri – rəsmi məlumatlarda ölü sayının 153 olduğunu qeyd edilir.

Fransada matəmə səbəb olan terror aktları “Bataclan” incəsənət mərkəzində və onun konsert zalında, həmçinin "Kamboca" restoranında, “Le Karilyon” və "Bellek Ekip" barlarında, “Les Halz” ticarət mərkəzində, Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.

Hücumdan sonra Rusiya da daxil olmaqla bir çox dövlətlər Fransaya uçuşları təxirə salmaqla yanaşı, Fransanda yerləşən səfirlikərin də təhükəsizlik tədbirlərini gücləndiriblər. Hətta Polşa höküməti terror aktılarının baş vermə qorxusu ilə dövlət sərhədlərini miqrantların üzünə bağlayıb.

Fransa Suriyada koalisiya qüvvələrinə dəstək vərən dövlətlərdən biridir. Fransua Olland G20 sammitində İŞİD-in necə məhv ediləcəyi barədə müzakirələrin aparıldığını bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler