» » Lavrov İrəvana Qarabağa görə gedir-

Lavrov İrəvana Qarabağa görə gedir- Moskva niyə narahatdır...

Bölmə: BLOK XƏBƏR
Lavrov İrəvana Qarabağa görə gedir-
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana noyabrın 9-da baş tutacaq səfəri Moskvanın Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış təhlükəli vəziyyətdən narahat olması ilə əlaqəlidir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda MQİMO-nun Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi əməkdaşı Vadim Muxanov Lavrovun səfərini “RİA Novosti” agentliyinə şərh edərkən deyib.

Rusiya XİN-in rəsmi açıqlamasına görə, Lavrov İrəvanda “qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələləri” müzakirə edəcək.

V.Muxanov qeyd edir ki, Rusiya Qarabağ nizamlanmasında əsas vasitəçi olaraq qalır. Ona görə də münaqişə zonasından tez-tez toqquşma xəbərlərinin gəldiyi bir vaxtda Rusiyanın rolu daha da aktuallaşıb.

“Şübhəsizdir ki, Moskvanın indiki fəallığı münaqişə zonasında yaranmış vəziyyətlə əlaqəlidir. Gərginlik təkcə Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədi boyu da artıb. Bu, olduqca kədərli faktdır və Moskvanı həyəcanlandırır”- deyə V.Muxanov bildirib.

Ekspert Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna qədər görüşün baş tuta biləcəyini deyib. Onun sözlərinə görə, Moskva səy göstərir ki, bu görüş baş tutsun. Ancaq Muxanov prezidentlərin danışıqlarının asan olmayacağını deyib.

“Moskva tərəfləri danışıqlar masası arxasına əyləşdirməyə çalışır. Aydındır ki, danışıqlar çox çətin, olduqca uzun olacaq, ancaq prezidentlərin görüşü faktının özü Rusiyanın rolunun əhəmiyyətini göstərir”- deyə ekspert bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler