» » "Kəsilmiş başın pərvanələri"-Bəzi hərbiçilərin Monte sevgisi

"Kəsilmiş başın pərvanələri"-Bəzi hərbiçilərin Monte sevgisi

Bölmə: BLOK XƏBƏR, MANŞET
"Kəsilmiş başın pərvanələri"-Bəzi hərbiçilərin Monte sevgisi
Xalqinfo.az xəbər portalı Gülşən Behbudun "Kəsilmiş başın pərvanələri"... adlı yazısını təqdim edir.
AZƏRBAYCANIN BƏZİ HƏRBÇİLƏRİNİN MONTE SEVGİSİ...
İnsan mürəkkəb varlıqdır, onun daxili dünyasında xeyir və şər qüvvələr daima mübarizə aparır, iradəsi,gücü onun addımlarından deyil daxili dünyasının təfəkküründən qaynaqlanır. Şər qüvvələri özündə birləşdirən insanların iç dünyasını şər qüvvə elə fəth edir ki, artıq o hansısa gözəllikləri, təbiətin nemətlərini , yaxın və uzaq insanların uğurlarını, xoşbəxtliyini qəbul edə bilmir.Bu günümüzün aktual reallığı, gerçəkliyidir... Bu yazını yazmağa məni Qarabağ acısını yaşayan, şəhid bacısı olaraq mənən qəlbimə toxunan, vicdanımı sızladan və təssüf yaradan, bir neçə nəfərin birgə "iş fəaliyyəti" oldu. Əslində bu "iş fəaliyyəti" onların olmayan vicdanlarını, daxili eybəcərliklərinin nifrətə çevrilmiş paxıllıq hisslərinin təcəssümü idi . Bəli məhz paxıllıq.... Nədir , yaxud kimdir onlarda bu hissi qabariq şəkildə yaradan qüvvə? Əsas məsələ də budur.... Ömrünün gəncliyini, sağlamlığını Qarabağ müharibəsində itirmiş, neçə-neçə şəhidlərini, son kəlmələrinin şahidi, neçə-neçə şəhidlərini faciələrini bu gündə gözlərində kölgə olaraq saxlayan, yuxuları pozulmuş, qənimət ömür yaşayan , Azərbaycan gənclərinə igidliyi, məğrurluğu, qorxmazlığı ilə dillərdə əzbər, ürəklərdə iz salan qəhrəmanlıq nümunəmiz, 23 ildir itirilmiş sağlamlığına baxmayaraq neçə-neçə şəhid ailəsinə , Qarabağ qazilərinə əlindən gələn köməklikləri göstərən, həm mənəvi, həm də maddi dayaq olan İbad Hwseynli qəhrəmanlığının kölgəsində özlərini tanıtmaq, yoxsa, bu igidlik fenomenliyinə kölgə salmaq?
Reallığıa istinad edərək düşünürəm ki, heç öz yaxınlarının, doğmalarının problemini çözə Şbilməyən, hətta qohumlarını belə unutmuş bu bir -iki insanın yadına hardasa şəhid olmuş bir ailəni gedib tapmaq və onlara heç ağıllarına belə gəlməyən və artıq unutduqları dünənlərini xatırladıb faktsız, sübutsuz hadisələrdən söhbət salıb öz çirkin əməllərini üzə çıxarmaq üçün istlfadə etməyə məcbur edən səbəb nə idi? Məgər Qarabağ müharibəsindən yazılacaq,çəkiləcək mövzu qıtlığımı vardı? Əslində bunu onlar da gözəl bilirlər ki, haqqında yazılacaq, çəkiləcək məsələn "Daşaltı" əməliyyyatı , Qaradağlı əməliyyatı, Aqdamın "Passaj" əməliyyatı, Xocalı əməliyyatı, Şuşanın boşaldılması əməliyyatı, Laçın əməliyyatı. Tərtər əməliyyatı və. s o qədər yazılacaq və bu gündə hələ də sirr olaraq açılmayan əməliyyatlara müraciət etməyib, məhz bir ermənin başının kəsilməsini müzakirə edib özlərinin bir daha daxili eybəcərliklərini ortaya qoyublar. Ən azından Ağdamı düşmənə verilməsi əməliyyatını çəkərdilər... və Ağdamda şəhid olmuş qəhrəmanlarımızın şücaətlərindən gənclərə örnək ola biləcək film çəkərdilər. Nəysə onlar öz çirkin əməlləri ilə tarixə öz adlarını belə yazmaqları təbiidir. Çünki tarix boyu belə olub. Azərbaycanın bəzi rütbəli hərbçilərinin monteyə olan simpatiyaları nədən qaynaqlanır? Onların erməniyə, rusa işləmələrimi, yoxsa Azərbaycan Türk dünyasında tanınan , sevilən, qəhrəmanını gözdən salmağa çalışmalarında məqsəd nədir? Onların qazancı nə oldu, itirdikləri nə ?
İbad Hüseynli kimi oğullar Azərbaycan tarixi üçün tarix olaraq qalacaq. Çünki, onun həyat və savaş yolu tarixi və alternativsiz siyasətçi Ulu Öndər Heydər Əliyevin məhz həmin qəhrəmanın olduğu N saylı hərbi hissəyə getməsi, orda yüzlərlə əsgərlərin şahidliyi ilə onu Milli qəhrəman elan etməsi, sonralar "Azərbaycan bayraqğı" ordeni ilə mükafatlandırılması, özəl hədiyyələr təqdim edilməsi , şəxsən zəng edilib təbrik edilməsi ilə bir döyüşçü üçün tarixə çevrildi. Qorxmaz doğulan İbadın həyat və savaş yolu tamamilə fərqli və düşündürücüdür. Kimsə ona sən vətəni sev və yaxud igid ol deməyib. Orta məktəbi bitirib Rusiyaya hərbi xidmətə gedən və orda 20 yanvar hadisələri zaman, rus dilini də yaxshı bilməyən bir gənc dünyaya meydan oxuyan Rusiya kimi dövlətin generallarına öz etirazını bildirən və "Bizi Qarabağa gondərin, bizim torpaqda qan tökən dövlətə biz xidmət etmirik" deyən, işgəncələr , əziyyətlər verilsə də, fikrindən dönməyən ətrafına çox olmayan Azərbaycanlıları toplayıb, aclıq aksiyaı keçirən, "Leninski komnata"nı idman zalına çevrən Azərbaycan gənci İbad Hüseynli olub. Məgər məcaralı və hər anı ölüm ola biləcək addımların özü o zaman və bu gün üçün igidlik deyilmi? Bu addımları o tək olaraq edib və ətrafına yüzlərlə , minlərlə gənci toplayıb, Buna cəsarət , qəhrəmanlıq deyirlər. İbad Hüseynli hərb təhsili almayıb, hərbi məktəb oxumayıb. Ona güc verən vətən sevgisi, ana sevgisi , igidlik anlayışı , qorxmazlıq, əqidə, dönməzlik olub. Kişini də kişi edən bu atributlardır. Məgər Xətai, Babək , Koroğlu hərb dərsimi keçmişdilər. Amma onlar tarixdə qəhrəmanlıq məktəbini əməlləri ilə qoydular. Kişi olmaq üçün məktəb oxumurlar. Bəli, İbad Hüseynli də içindən gələn əməlləri, izləri ilə qəhrəman oldu. Onun itirilmiş gəncliyi, sağlamlığı , sağalmayan vətən yaraları bunu təsdiqləyir. Bu gün əgər minlərlə insan onu sevirsə, onunla qürur duyursa , minlərlə insanların qəlbində vətən, yurd sevgisi anlamı yaradırsa, bunun özü bir İZDİR... Sual vermək istəyirəm özünü ziyalı adlandıran, yazar hesab edənlərə , jurnalistlərə və özünü təsdiqlənmiş ziyalı sayanlara Siz İbad Hüseynliyə qarşı xüsusi hazırlanan antifilmi nece qarşıladınız? Onu tanımayanlardan həqiqət üzə çıxdı adı ilə üzdəniraq filmi sosial şəbəkələrdə əlinə bayraq edib paylaşanlardan birindən soruşdum ki, hansı həqiqəti nəzərdə tutursunuz? Biz Azərbaycan dövlət olaraq 23 ildir Qarabağ həqiqətlərini dünyaya lazımı səviyyədə çatdıra bilmirik, istədiyimiz addımları kifayət qədər ata bilmədiyimiz halda Azərbaycanın rütbəli hərbçiləri də 23 ildən sonra "monte həqiqətini" axtarıb nəhayət İbad Hüseynlinin doğum günü ərəfəsində sevə-sevə, sanki Qarabağımızı geri almış kimi bayram abu-havası ilə tanıtımını qeyd edir. Budurmu bir -neçə nəfərin İbad Hüseynova olan şəxsi intriqasının bəhrəsi olaraq hazırlanmış film -həqiqət? Biz bu addımları dövlətə çevriliş və neçə-neçə döyüşçülərin və İbad Hüseynliyə qarşı əks təbliğatın ən səviyyəsiz və ləyaqətsiz forması kimi qəbul etməliyik. Çünki onların bu addımı dövlətimizə , rəhbərliyimizə minlərlə, milyonlarla insanlarımızın, gənclərimizin düşüncə və fikirlərinə hörmətsizlikdir. İbad Hüseynli haqqında dövlətin səlahiyyət sahibi olan istər hərb sahəsində, istərsə də digər sahələrdə olan millət vəkillərimiz, ziyalılarımız, dövlət adamlarımız o cümlədən dövlət sütunlarımızdan olan dəyərli akademikimiz Ramiz Mehdiyevin bu yaxınlarda işıq üzü gormüş kitabında igidliyi, cəsarəti haqqında deyilib, yazılıb. Sual çıxır ortaya... Bəs bu addımı atmaqla, erməni dəyirmanına su tokməklə montesevərlər "monte həqiqətini"və başının kəsilmiş olmadığını yalandan isbat etmiş , Azərbaycan xalqını artiq inandırmış kimi, göstərməklə ermənistan hərbçilərinə müjdəmi verdilər? Yoxsa, müjdəni ermənistan hərbçiləri həmin filmin araya -ərsəyə gəlməsində rolu olan, zəhmət çəkən "heyətə" verəcək, yoxsa bəzi rütbəli Azərbaycan hərbçiləri artıq alıb o müjdəni? Bəli Azərbaycanın rütbəli hərbçilərinin Qarabağın alınmasında xüsusi rolu olan, Xocalı soyqırımı ilə dünyada qəddarlıq reytinqini qazanan,Qaradağlı faciəsi ilə neçə-neçə Azərbaycan kişisini təhqir edən, qadınlarını gözləri qarşısında zorlayan, uşaqların diri-diri gözlərini, ürəyini çıxaran, dərisini soyan Ermənistanın milli qəhrəmanı , neçə -neçə şəhərlərində heykəli qoyulan, adnla bank hesabı açılan, hətta erməni pensiyaçıları tərəfindən belə hər ay hesabına pul köçürülən , erməni uşaqlarının abidəsi önünə gətirilərək "Türk sənin düşmənindir" fikrini beyinlərinə həkk etdirən, ömrü boyu Azərbaycanın çörəyini yeyib, suyunu içib , sonra da qanını soran erməni terrorçusuna sevgi hardan qaynaqlanır? Hardandı onlarda sağlamlığını itirmiş Azərbaycan əsgərinə qarşı olan nifrət . Bu nifrət monteyə olan sevgilərindənmi qaynaqlanır? Yoxsa onlar elə bilirlər ki, İbad Hüseynliyə başını və qolunu kəsdiyi monteyə gorə hardansa pul gəlir? Təəssüf,çox təəssüf ki, xalqımızın içində bu qədər düşüncəsiz, savadsız nankor övladlar var. Ermənistan montesinə gorə İbad Hüseynlinin başına 12 milyon pul qoyub. Amma Azərbaycanın rütbəli hərbçiləri Azərbaycanın qəhrəmanlıq rəmzi olan qəhrəmanını 12 qəpiklik edir, hörmətdən salmaq üçün iki ildir Agdamın Quzanlı kəndində yollarda qalmışdılar.
Kimdən ötrü .... erməni terrorçusu, ASALA təşkilatının lideri , türk qanına susamış , Xocalı soyqırımının banisi Monte Melkonyanın kəsilmiş mundar başına gorə... Budur acı və gerçək həqiqət!
kimdir Monte Melkonyan... ? Monte Melkonyan 1957 -ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. Arxeologiya ixtisası üzrə Berkli Universitetini bitirib.1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələr tərəfində döyüşüb. Bundan sonra türk ordusuna qarşı PKK -nın həyata keçirdiyi əməliyyatlarda iştirak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum həyata keçirib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror aktı törədib və terrorçulara güzəştə gedən Fransa hökuməti onu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o, fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları Şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Bu terror aktı nəticəsində 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada çox qalmayıb və saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşayıb. 1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ordusunun ön cəbhə dəstələrinin birinin komandiri olub. Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də əsir götürülən azərbaycanlılara ən amansız yollarla işgəncələr vermək, onları xüsusi qəddarlıqla qətlə yetirmək olub.
Bu qaniçəni məhv edilməsində ilk versiya 1993-cü il iyunun 12-də Azərbaycan ordusunun 22 yaşı olan kəşfiyyatçısı, Qarabağ müharibəsinin dillər əzbəri olmuşdur. İ.Hüseynov qəddarlığı ilə ad çıxarmış "Avo"nu məhv etmək ümidi ilə düşmən nəzarətində olan doğma kəndi Muğanlıya kəşfiyyata gedib. İki gün kənddə qalan kəşfiyyat dəstəsi üçüncü gün uzaqdan "UAZ" markalı avtomobilin kəndə tərəf gəldiyini görüb. "Avo" piyada kəndə tərəf irəliləyir. Onun hərəkət istiqamətini dəqiq hesablayan kəşfiyyatçı İbad düşmənlə Muğanlı kənd məktəbinin həyətində üz-üzə gəlir. "Avo" günün günorta çağında, ermənilərin nəzarətində olan kənddə azərbaycanlı kəşfiyyatçı ilə üzləşəcəyini gözləmədiyindən özünü itirir. Göstərdiyi igidliklərə görə "Azərbaycan bayrağı" ordeninə layiq görülən İbad erməni cəlladının başını kəsir, onun üstündən sənədlərini və şəxsi əşyalarını götürüb geri qayıdır. İ.Hüseynovun döyüş yoldaşları da bu faktlın şahidi olubblar. Melkonyanın şəxsi əşyaları bu günə qədər də dəlil kimi hələ də durur. O zamanlar Avonu başqalarının öldürməsi haqda heç bir iddia yox idi. Sonradan isə müxtəlif versiyaların səslənməsi bəzi çaşqınlıqlar yaratmağa başladı. Əvvəla, həm əşyalar, həm İbadın terrorçunun başının onun əlində olan şəkli bu iflasın danılmaz sübutudur və hadisəni təfərrüatı ilə danışan İbad Hüseynovun yanında bu hadisəni təsdiq edən və bu gün də sağ olan döyüş dostları var. Sonralar səslənən versiyalarda bəzi hərbçilərin fərziyyələrinə əsasən döyüşçülər onu uzaqdan vurduqlarını və həmin ərəfədə erməni rabitəsi ilə Avonun öldürülməsi haqda eşitdiklərini deyirlər. Hətta bu haqda bir film də çəkilib. Melkonyanın öldürülməsi dünya e rməniləri üçün sarsıdıcı itki olub. Ermənistanda bununla bağlı 3 gün matəm elan edilib. Ermənilər əfsanəvi qəhrəman saydıqları bu terrorçunun öz nəzarətləri altında olan ərazidə öldürülməsini həzm edə bilmədiklərindən onun iyunun 12-də Ağdamın Mərzili kəndindəki döyüşdə "qəhrəmancasına həlak olduğu" barədə rəsmi versiya təqdim ediblər. Başqa bir yazıda isə israrla təsdiq edilir ki, 1993-cü il iyunun 12-də Mərzlidə heç bir döyüş olmayıb. Mərzili iyulun 9-da işğal olunub, deməli iyunun 12-də günün günorta çağında Monte dəstəsi ilə birlikdə azərbaycanlıların nəzarətində olan kəndə gələ bilməzdi". İnternetdə yer alan fotoşəkildən də görünür ki, dəfn mərasimi zamanı Melkonyanın cəsədi başla birlikdə olub, lakin başın ancaq sifət hissəsi görünür və gözləri bağlanıb. Sonradan vaxtaşırı olaraq bu erməni cəlladının necə ölməsi barədə Ermənistanda və Azərbaycanda müzakirələr açılıb. Ermənilər Melkonyanın Muğanlı kəndində başı kəsilərək öldürüldüyünü uzun müddət təkzib etməyə çalışıblar və onun necə öldüyünə dair saxta təfərrüatlar uydurublar.Belə görünür ki, "Avo"nun başsız dəfn olunmasının nə dərəcədə biabırçı hadisə olacağını dərk edən ermənilər ona ayrı baş dikiblər və tanınmamaq üçün gözlərini sarıyıblar. Tarixi faktları saxtalaşdırmaqda mahir olan ermənilər bu əməliyyatda da "qəhrəmanları" barədə də saxta imic düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Yaxshı bu faktlara inanmayaraq bəzilərinin atdığı bu addımı nə adlandırmaq olar?
Acısı böyükdür millətimizin . Bizlərə düşmən bir şey edə bilməzdi içimizdəki sapı özümüzdın baltalar olmasaydı.Özümüz özümüzə düşmən olmuşuq. Və bu acizlikdən, nankorluqdan da düşmən öz xeyrinə səmərəli şəkildə istifadə edib. Ermənistan hələ də öz əziz milli qəhrəmanını uca tutur və onun Azərbaycan əsgəri tərəfindən başının kəsildiyini qəbul etmir və əlinə qələm alan hər kəsə də bu haqqda yazı yazdırır. Bu bəyənmədiyimiz əsrlər boyu böyük dövlətlərin köləsi olmuş, qadınları fahişəlikləri ilə dünyada rekord vurmuş Ermənistan...
Bu da biz ....Təəssüf ki, tarix təkrar olunur. Hər tarixin qara səhifələri olduğu kimi bu günümüzün də öz qara səhfəsi adlanan Qarabağ acımızla yanaşı , Keçəl Həmzələrin nəvələrinin əməlləri ilə də rastlaşmalı oluruq... Ag və qara deyilən anlam var. Bu cür insanlar da , öz qəhrəmanını əskildib, hiyləgər düşməninin dediklərini təsdiqləyən vətəndaşlar, anti filmin "yaradıcıları"da itirdikləri ləyaqətləri ilə tarixə öz adlarını keçəl həmzənin nəvələri, olaraq yazdılar. Montenin doöum gününə hədiyyəmi hazırladılar!? 25 ildir qanımızı soran erməni faşistləri dünyaya "Bizi azərbaycanlılar qırdı , Qarabağ bizimdir deyib " min hiylə-kələklə öz istədiklərini icra edirlər. Bunu bütün dünya gordüyü kimi yəqin ki, o filmin heyəti də görür. Milli qəhrəmanlarının başı kəsildiyini qəbul etməyib firildaqla dəfn mərasimi düzəltdiklərinə bizim azərbaycan hərbçiləri də inanırlarsa mənim daha onlara sözüm yoxdur.... Ag tariximizə isə adını yaza bilmək hər kəsə nəsib olmaz. İbad Hüseynli Azərbaycanın Ag tarixinə adını 18 yaşından cəsarəti, qorxmazlığı, yaşayaraq şəklini şəhidlərin lövhəsinə vurmağla, Xocavənd-Beyləqan ərazilərində Azərbaycan bayraqlarının dağlanmasına səbəbkar olaraq yazıb. Xalqın gözü tərəzidir . Tanrının qaldırdığını, bəndələr endirə bilməz.


Tanınmış jurnalist Gülşən Behbud

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler