» » Azərbaycanda sevgini belə yaşadanlar da var-

Azərbaycanda sevgini belə yaşadanlar da var- Foto

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda sevgini belə yaşadanlar da var-
Xalqinfo.az əsl sevgi nümunəsi olan azərbaycanlı xanımın həyat yoldaşına yazdığı sözləri təqdim edir. Yenicə ailə qurublar,qəflətən qanında qan xərçəngi aşkarlanır və xanım həyat yoldaşına boşanmalarını təklif edir ki, əziyyət olar.Görün xanımın həyat yoldaşı nə deyir.
Salam. Sabah mənim 1ci evlilik ildönümüm.Amma çox təəssüf ki istədiyim kimi olmur.Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik.Hər şey çox gözəl gedirdi.Ta ki 04.06.2015-ə qədər..
Ayaqlarımda qaraltılar yarandı.Yoldaşımın təkidi ilə xəstəxanaya getdik.Mən çox ciddiyə almırdım,inanmırdım ciddi nəsə ola.Qanım azdır deyə düşündüm sadəcə,amma həkim otağa girdikdə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yatırdılmalı olduğumu dedi.Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi - dedi..
Həmin gün xəstəxanaya yatdım.Elə həmin gün yoldaşıma ''Boşanaq,get başqa qadınla ailə qur,buna haqqın da var,razılığım da '' - dedim. ''Niyə mənimlə əziyyəti çəksin ki?''- deyə düşündüm..
Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və daha hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik''- dedi..
Müalicəm başladı,1 dəqiqə belə başımdan ayrılmadı.Kənar palatalardakı xəstələr,bütün həkimlər də artıq hamısı onu tanıyırdı.Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum.Neçə dəfə onu acıladım,üstünə qışqırdım amma o bunların heç birinə cavab vermirdi,sakitcə baxırdı sadəcə. Onda anladım ki Allah mənə bir həyat yoldaşı yox,əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib.Həmd olsun böyük Allahıma !
Azərbaycanda sevgini belə yaşadanlar da var-
Bu yazı tanınmış jurnalist Sənan Nəcəfovun səhvəsindən götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler