» » Etibar Əliyev “Texnika Bank”a qayıtdı -

Etibar Əliyev “Texnika Bank”a qayıtdı - Açıqlama

Bölmə: BLOK XƏBƏR
Etibar Əliyev “Texnika Bank”a qayıtdı -
Bir neçə gün əvvəl “Texnika Bank”ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbər vermişdik.

“Xalqinfo” xəbər verir ki, bu gün bankın keçmiş sahibi artıq geriyə dönüş edib. Belə ki, bankda toplantı keçirilib və E. Əliyev Texnika Bankın Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

“Qafqazinfo”ya açıqlamasında E. Əliyev faktı təsdiq edib. O bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. C. Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler