» » “Camaatı aldatmayın...”-

“Camaatı aldatmayın...”- Zeynəb Xanlarova

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Camaatı aldatmayın...”-
“Nəyiniz var verin xalqa, bəhrəsini görəcəksiniz”


“İctimai” kanalda birinci buraxılışı yayımlanan "Telemizan” verilişinin ilk qonağı xalq artisti, millət vəkili Zeynəb Xanlarova olub.

“XALQİNFO” Axşam.az-a istinadən xəbər verir ki, xalq artisti efirdə görünməməyinin səbəbindən danışıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib:

"Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər. Mən yalnız AZTV-də və "İctimai”də çıxış edirəm. Düşünürəm ki, "burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram”.

Sənət aləminin bu günkü vəziyyətindən danışan Zeynəb Xanlarova ifaçılara məsləhətlər də verib:

"Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bu günki müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın... Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy, toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var verin xalqa, bəhrəsini görəcəksiniz”.

şərh yaz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler