» » Avropa Məhkəməsindən ermənilərlə bağlı -Tarixi qərar

Avropa Məhkəməsindən ermənilərlə bağlı -Tarixi qərar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Avropa Məhkəməsindən ermənilərlə bağlı -Tarixi qərar
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Doqu Perinçek İsveçrəyə qarşı” işi üzrə qərarını açıqlayıb. “Xalqinfo” AzerTac-a istinadən xəbər verir ki, iclasda “Doqu Perinçek İsveçrəyə qarşı” işi üzrə AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarından İsveçrə hökumətinin apelyasiya şikayətinə dair qəti qərarı oxunub.

Qərara əsasən, 1915-ci hadisələrini “soyqırım” deyil, “qətliam” olaraq göstərən Vətən partiyası lideri Doğu Perinçekə cəza verən İsveçrənin haqsız olduğu təsdiqlənib.

AİHM-in Böyük Palatası İsveçrənin apelyasiya şikayətini rədd edib və əvvəlki qərarı dəyişməz saxladı. Həmin qərara görə isə deyilirdi ki, hüquqi müstəvidə təsdiq edilmiş Holokost faktından fərqli olaraq “erməni soyqırımı” narrativi tarixi fakt deyil, rəydir (özü də əsla ümumi və əsla yeganə rəy deyil), akademik dairələrdə bu məsələ barəsində konsensus əldə edilməyib və çətin ki, əldə ediləcək, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir.

Xatırladaq ki, o vaxt türkiyəli siyasətçi İsveçrə hökumətinə qarşı məhkəmə iddiası qaldırmışdı. İsveçrə bu işi biabırçı şəkildə uduzmuşdu.

Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı, əslən Livandan olan britaniyalı hüquqşünas Amal Kluni 2015-ci il yanvarın 28-də AİHM-in ali şikayət orqanının iclasında üçüncü tərəf kimi Ermənistan hökumətinin maraqlarını təmsil edib.

Onu da qeyd edək ki, AİHM-in çoxillik praktikasında Avropa Şurasının üzvləri olan dövlətlər tərəfindən məhkəmənin qərarlarının icra edilməməsi ilə bağlı heç bir hal olmayıb. Əks təqdirdə, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq bu, həmin dövlətin Avropa Şurasında üzvlülüyün dayandırılmasına və son nəticədə Nazirlər Komitəsinin qərarına uyğun olaraq həmin dövlətin Avropa Şurasının tərkibindən xaric edilməsinə gətirib çıxara bilər.

Beləliklə, bu gündən etibarın İsveçrə Doqu Perinçekin təqsirkar hesab edilməsi barədə özünün əvvəlki qərarını ləğv etməli və ona tam bəraət verməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler