» »  "Həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə..." -

 "Həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə..." - Heydər Əliyevdən tarixi müsahibə+Video

Bölmə: BLOK XƏBƏR
 "Həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə..." -

1993-cü ilin 3 oktyabrında Azərbaycan Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilərdən 22 il ötür.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, 4 iyun Gəncə qiyamından sonra Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək, Ordubadın Kələki kəndinə getdi və nəticədə faktiki olaraq hakimiyyətdən uzaqlaşdı. Oktyabrın 3-ə təyin olunan prezident seçkisində isə Heydər Əliyev 98,8% səslə ölkə prezidenti seçildi.

O zaman mərhum Heydər Əliyev ANS kanalında yayımlanan “Dərs” verilişində Mir Şahin Ağayevə müsahibəsində çox maraqla qarşılananan tarixi faktlara toxunub:

“Mən heç vaxt vəzifə üçün mübarizə aparmamışam. Gənc yaşlarımdan işləmişəm və qəflətən çağırıblar ki, sənə vəzifə veririk. 1952-ci ildə məni KQB-nin əks-kəşfiyyatının rəisi vəzifəsinə çağırdılar. O vaxt 29 yaşında belə bir vəzifədə oturmaq dəhşətli şey idi. Həqiqəti demək lazımdır. Onda mənim heç kimim yox idi. Mən gedib orda-burda, zirzəmilərdə yaşayırdım. Evim də yox idi. Məni çağırdılar ki, səni əks-kəşfiyyat rəisi qoyacağıq. Mən onlara yox dedim. Evə gəldim və bütün gecə fikirləşdim. Mən qurdların içində necə işləyə bilərəm? Lakin məni bu vəzifəyə təyin etdilər. Demək istəyirəm ki, heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam. İndi də başıma bu iş gəldi, partiyadan çıxıb Naxçıvana getdim. Çox ədalətsizlik gördüm, hər şeydən incidim. Kommunist Partiyasına bu qədər xidmət etmişdim, mənə hörmətsizlik etdilər. Lakin həyat məni bura (Bakıya) gətirdi və onlarla yenidən rastlaşdım. Mənim onların qarşısında üzüm açıqdır. Çünki heç birinə pislik etməmişəm. Hamısına kömək eləmişəm, vəzifə vermişəm, şərait yaratmışam. Birindən bir qəpik pul görməmişəm, götürmək də istəməmişəm, xasiyyətim buna ziddir. Bunu deyəndə bəzi adamlar təəccüblənir. Bakıdakı evlərin yarıdan çoxu mənim vaxtımda tikilib, lakin mənim burada yaşamağa evim yoxdur”.

Heydər Əliyev müsahibə zamanı xatirələrini yazmaq istədiyini də bildirir:

“Gərək ömrüm uzun olsun ki, bu siyasət işindən qurtarandan sonra memuar yaza bilim. Çünki siyasət həmişə mənim vaxtımı alıb, indi də alır. Mən kənara çəkilmişdim və artıq Naxçıvanda ilk memuarlarımı yazırdım. Ancaq həyat və tale memuarlarımı yazmağa qoymadı. Lakin hesab edirəm ki, onlar çox lazımdır. Mənim üçün yox, Azərbaycan xalqı, tarix və gələcək nəsillər üçün. Mən 1940-cı ildən Azərbaycan siyasi tarixinin içində olmuşam. Mənim gördüyüm və müşahidə etdiklərimi heç kəs görməyib. Ona görə də bu memuarlar lazımdır”.

Heydər Əliyev müsahibə zamanı Azərbaycanda senzuranın olmadığını və həmişə azadlıq tərəfdarı olduğunu deyir:

“Azərbaycanda senzura yoxdur. Kim nə deyir, yayımlayırlar. Mən də bunun tərəfdarıyam. Çünki həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə daha da hörmətə minir. Mən senzuranın əleyhinəyəm. Mən azadlıq, hürriyyət tərəfdarıyam. İnsan bütün sahələrdə azad olmalıdır. İnsan nə qədər azad olarsa, cəmiyyət o qədər saglam olar


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler