» » Sırada bu verilişlər ola bilər -

Sırada bu verilişlər ola bilər - MTRŞ-dan xəbərdarlıq

Bölmə: BLOK XƏBƏR
Sırada bu verilişlər ola bilər -

Milli Televiziya və Radio Şurası (MTRŞ) daha bir verilişə görə ANS televiziyasına xəbərdarlıq edib.

“Xalqinfo”nun məlumatına görə, MTRŞ şöbə müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, ANS-də yayımlanan "Məchulu tapın" proqramı reklamla məşğul olur: "Bu veriliş şuranın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı telekanala şifahi xəbərdarlıq olunub".

Şöbə müdiri bildirib ki, "Xəzər" TV-də yayımlanan "Ay Zaur" verilişi yay ayları ərzində restoranlardan birinin reklamına xidmət edib. Onun sözlərinə görə, adı keçən proqram veriliş mahiyyəti kəsb etməyən material toplusu olub. T.Dadaşov əlavə edib ki, ümumiyyətlə, telekanallarda yayımlanan bəzi musiqili-əyləncəli verilişlərdə bayağı musiqilər səslənir: "Bəzi musiqili verilişlərdə yüksək zövqə bağlı olmayan bayağı musiqilər səsləndirilir. Bəzi verilişlər sadəcə reklamla məşğul olur. "Xəzər TV-də yayımlanan "Ay Zaur" proqramı yay ərzində restoran reklamı ilə məşğul olub".

Şöbə müdiri bildirib ki, MTRŞ verilişlərin məzmununa görə dəyərləndirmək və qərar vermək səlahiyyətinə malikdir. O, qurumun efirin kompleks şəkildə izlənməsini həyata keçirəcəcəyini vurğulayıb: "Hesab edirik ki, tekenallar efirin sağlamlaşdırılması prosesində bizə kömək edəcəklər. Onların həm öz aralarında əməkdaşlığı, həm də MTRŞ ilə koordinasiya olunmuş şəkildə fəaliyyəti bu işdə irəli getməyimizə yardım edəcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler