» » “Azərbaycanlı nazirin qızı mənim rəfiqəmdir...”-

“Azərbaycanlı nazirin qızı mənim rəfiqəmdir...”- Məşhur erməni aktyor

Bölmə: BLOK XƏBƏR
“Azərbaycanlı nazirin qızı mənim rəfiqəmdir...”-
Məşhur erməni aktyor Armen Ciqarxanyan 80 illik yubileyi ərəfəsində “Rossiyskaya qazeta”ya həyatı, yaradıcılığı və hələ xeyli yaşamaq arzuları haqda danışıb.

Virtualaz.org saytı xəbər verir ki, SSRİ xalq artisti Ciqarxanyan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nara Şirəliyeva ilə uzun illərdir yaxın dost olduğunu gözlənilmədən etiraf edib.



“Mən erməniyəm, ancaq mənim azərbaycanlılarla tamamilə möcüzəvi dostluq münasibətlərim də var. Mənim çoxillik rəfiqəm, “Kultura” kanalının aparıcısı Nara Şirəliyeva azərbaycanlıdır”- deyə erməni aktyor bildirib.

Nara Şirəliyeva uzun illərdir Rusiya telekanallarında işləyir.

O, həmçinin Rusiyanın hakim “Vahid Rusiya” partiyasının fəallarından biridir. Hətta prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi onun seçki kampaniyasında da iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler