» » Rusiya Suriyada hərbi əməliyyatlara başlayır -

Rusiya Suriyada hərbi əməliyyatlara başlayır - Əsəd istədi, Putin “hə” dedi

Bölmə: BLOK XƏBƏR
Rusiya Suriyada hərbi əməliyyatlara başlayır -
Suriya prezidenti Bəşər Əsəd Putindən hərbi yardım istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın prezident administrasiyasının rəhbəri Sergey İvanov məlumat verib. Onun sözlərinə görə, söhbət ancaq hərbi-hava qüvvələrinin keçirəcəkləri əməliyyatlardan gedir, hərbçilərdən istifadə isə bu yardımlara daxil deyil.

Prezident Vladimir Putin isə parlamentin yuxarı parlamentinə Rusiya Silahlı Qüvvələrindən xaricdə istifadəsinə razılıq verilməsi üçün sorğu göndərib. Federasiya Şurası isə yekdilliklə prezidentin müraciətinə müvafiq razılığı verib. Qeyd edək ki, söhbət Rusiya Silahlı Qüvvələrinin Suriya ərazisində hərbi əməliyyatlara cəlb olunmasından gedir.

Kreml administrasiyanın rəhbəri Sergey İvanov bildirib ki, Rusiya qəbul etdiyi bu mühüm qərarla bağlı bu gün bütün partnyorlarını məlumatlandıracaq:

“Bizim bütün tərəfdaşlar və müttəfiqlərimiz bu gün qəbul edilən qərarla bağlı hərbi orqanların xətti ilə məlumatlandırılacaqlar. Həmçinin xüsusi məlumatlar da ötürüləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler