» » “Biz toyuq və yumurta dalanında qalırıq” -

“Biz toyuq və yumurta dalanında qalırıq” - Brayza

Bölmə: BLOK XƏBƏR
“Biz toyuq və yumurta dalanında qalırıq” -
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində yaxın gələcəkdə dönüşə səbəb ola biləcək amil görmürəm. Əvvəllər də bildirmişəm ki, vasitəçilik prosesində dönüş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri bir-birilərinə daha çox etimad göstərməlidirlər və prosesi irəli aparmaq üçün tələb olunan çətin qərarlar verməyi bacarmalıdırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu dailykarabakh-a açıqlamasında ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib. Amerikalı diplomat bildirib ki, münaqişənin həlli üçün tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-dan və Fransadan güclü siyasi dəstək hiss etməlidirlər və bu dəstək ən yüksək hökumət səviyyəsində göstərilməlidir.

Metyu Brayza Qərb liderlərinin bu istiqamətdə fəallıq göstərməyə hazır olduğunu görmür: “Ancaq onlar bunu etməlidirlər. Qərb liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Rusiya ilə gündəliklərinə qoymağa təkid etməlidirlər”.

Sabiq amerikalı həmsədr hesab edir ki, Qərb liderlərinin başı Suriya, İŞİD, miqrantlar, qaçqınlar, Ukrayna böhranı və digər məsələlərə qarışmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet hesab etməlidirlər: “Bu böhranlı məsələlər kritik həddə çatdığ bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda yeni böhrana yol açmasına imkan verilməməlidir, çünki sonra bu məsələ daha təhlükəli vəziyyətə çatmaqla daha çox vaxt və səy göstərilməsini tələb edəcək. Bu baxımdan Qərb liderləri əvvəlcədən vasitəçilik prosesində daha çox səy göstərməlidirlər”.

Metyu Brayza hesab edir ki, hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər də çox vaxt və səy tələb etməyəcək, çünki münaqişənin həlli üçün “Madrid sənədi” formasında əsas prinsiplər artıq hazırdır və bu prinsiplər Azərbaycanı, Ermənistanı münaqişənin həlli üçün çərçivə razılaşmasına xeyli yaxınlaşdırır.

Amerikalı həmsədr hesab edir ki, münaqişə tərəfləri özləri irəliyə doğru konstruktiv və gözlənilməz addımlar atmaqla diqqəti cəlb etməyənə qədər Qərb liderləri çətin ki, yuxarıda qeyd olunan amillərə diqqət yetirsinlər. “Lakin Qərb liderlərinin siyasi dəstəyi olmadan münaqişə tərəfləri üçün bu cür addımı atmaq olduqca çətindir. Beləliklə biz toyuq və yumurta dalanında qalırıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler