» » İlham Əliyev qəhrəmanlarla-

İlham Əliyev qəhrəmanlarla- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
İlham Əliyev qəhrəmanlarla-
Prezident İlham Əliyev 9 May-Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib.


“Xalqinfo” xəbər verir ki, müharibə veteranları ilə görüşən prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Dövlətbaşçısına xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdü, onları Qələbə bayramı münasibətilə təbrik edib. Prezident İlham Əliyev veteranları bir daha Qələbə bayramı münasibətilə təbrik etdi, ən xoş arzularını bildirib.
Veteranlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Prezident İlham Əliyev: "Sağ olun. Əlbəttə, belə də olmalıdır. Sizə bir daha cansağlığı, uzun ömür arzulayıram. Bu, böyük bayramdır. Sizi bayram münasibətilə ürəkdən təbrik edirəm. Veteranlara böyük diqqət, qayğı göstərilir. Siz qəhrəmanlıq göstərmisiniz".

Veteranlar: "Çox sağ olun. Hamımız Sizə dua edirik. Dalbadal üç sərəncam imzaladınız. Heç bir respublikada veteranlara belə diqqət və qayğı göstərilmir. Bunu hamı yaxşı bilir. Səhər də, axşam da Sizə dua edirik. Allah Sizə cansağlığı versin. Dünyada bizim Prezidentimizdən yoxdur. Mehriban xanıma salamlarımızı çatdırın.
Prezident İlham Əliyev: "Sağ olun. Çatdıraram".

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb.

Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərmiş, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
İlham Əliyev qəhrəmanlarla-
İlham Əliyev qəhrəmanlarla-
İlham Əliyev qəhrəmanlarla-
İlham Əliyev qəhrəmanlarla-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler