» » Faciəyə Kralın oğlu səbəb olub? - Xüsusi komissiya yaradılır

Faciəyə Kralın oğlu səbəb olub? - Xüsusi komissiya yaradılır

Bölmə: BLOK XƏBƏR, MANŞET
Faciəyə Kralın oğlu səbəb olub? - Xüsusi komissiya yaradılır
Yeddi yüzdən çox zəvvarın ölümünə səbəb olmuş izdiham iki zəvvar axınının toqquşması səbəbindən baş verib.

Xalqinfo” APA-ya istinadən xəbər verir ki, bunu Məkkədə keçirilmiş xüsusi mətbuat konfransında Səudiyyə Ərəbistanın DİN-in rəsmi nümayəndəsi Mənsur ət-Turki bildirib.

“İlkin məlumata görə, yol kəsişməsində baş vermiş faciəyə səbəb 204-cü və 223-cü küçələr ilə hərəkət edən iki zəvvar axınının toqquşması olub”, deyə Mənsur ət-Turki bildirib .

Səudiyyə Ərəbistanın DİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, həmçinin isti hava şəraiti də qurbanların sayının artmasına səbəb olub.

Səudiyyə Ərəbistanın səhiyyə naziri Halid Faləhin sözlərinə görə, faciəyə səbəb zəvvarların əvvəldən təşkilatçılar tərəfindən müəyyən edilmiş hərəkət cədvəlini pozması olub.

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Nayəf əl Saud izdihamın yaranması səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.

Qeyd edək ki, izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler