» » Ramzan Kadırov hər gün işə belə gedir -

Ramzan Kadırov hər gün işə belə gedir - Video

Bölmə: BLOK XƏBƏR
Ramzan Kadırov hər gün işə belə gedir -
Çeçenistanın paytaxtı Qroznıda hər səhər yollar bağlanır. Belə ki, özünü V.Putinin əsgəri olaraq görən Çeçenistan prezidenti Ramzan Kadırov, hər gün işə gedərkən onun maşın karvanından atəş səsləri eşidilir. Hansı avtomobildə olmasının bilinməməsi üçün eyni marka onlarla avtomobil hər səhər eyni yoldan hərəkət edir. Kadırovun bu addımı xalq arasında ciddi narahatlıq yaradıb. Onun avtomobil karvanında yüzdən çox avtomobilin olduğu deyilir.

Yerli əhali və kənar müşahidəçilər isə bunu Kadırovun ölüm qorxusu ilə izah edirlər. Qafqaz Əmirliyinə bağlı olan mücahidlərin 4 dekabr 2014-cü ildə Qroznıya böyük basqınından sonra, R.Kadırovun təhlükəsizlik tədbirlərini artırdığı deyilir.

R.Kadırova müxalif olan qruplar isə sosial şəbəkələrdə bu tip tədbirlərin boş olduğunu və Kadırovun nə vaxtsa atasının aqibətini yaşayacağını yazırlar.

Bizimyol.info



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler