» » Mehriban Əliyeva ən parlaq birinci xanımlar sırasında

Mehriban Əliyeva ən parlaq birinci xanımlar sırasında

Bölmə: BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyeva ən parlaq birinci xanımlar sırasında
“Ağıllı və gözəl Mehriban – yazıçı Mircəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızı Azərbaycanda ən nüfuzlu soyadlardan birinin nümayəndəsidir. Mehriban öz nəslinin şöhrətini ləyaqətlə davam etdirib: Seçenov adına Moskva Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, hələ tələbəlik dövründə Azərbaycanın gələcək prezidenti ilə ailə qurub (onların üç övladı var). Mehriban əvvəlcə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ixtisası üzrə işləyib, sonra xeyriyyəçiliklə məşğul olmağa başlayıb. Hazırda Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiridir. Əlbəttə, ölkənin ən cazibədar xanımıdır”.


“Xalqnfo”nun report-a istinadən məlumatına görə, məşhur “Cosmopolitan” jurnalı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı öz oxucularına belə təqdim edir.

“Cosmopolitan” jurnalının rəyinə görə, planetin ən parlaq və cazibədar birinci xanımları sırasına ABŞ Prezidenti Barak Obamanın xanımı Mişel Obama, Suriya Prezidenti Bəşər əl-Əsədin xanımı Əsma Əsəd, Meksika Prezidenti Enrike Penya Nyetanın xanımı Anxelika Rivera, Polşa Prezidenti Ancey Dudanın xanımı Aqate Kornhauzer-Duda və başqaları da daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler