» » Kimlər yenidən deputat olmaq istəyir? -

Kimlər yenidən deputat olmaq istəyir? - Sorğu

Bölmə: BLOK XƏBƏR
Kimlər yenidən deputat olmaq istəyir? -
Noyabr ayının 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək.

Artıq bir sıra partiyalar V çağırış parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb. YAP isə bu həftə ərzində öz namizədlərini elan edəcək.

Bəs, ötən 5 ildə parlament üzvü olan deputatlardan yenidən namizədliyini irəli sürənlər olacaqmı?

Millət vəkili Ülvi Quliyev növbəti 5 ildə parlamentdə təmsil olunmaq istəyir.

Deputat AzVision.az-a açıqlamasında 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.

Milli Məclis üzvü Rövşən Rzayev də yenidən namizədliyini irəli sürmək niyyətindədir.

O, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyini irli sürəcək.

YAP-ın üzvü olan millət vəkili Qalib Salahzadənin fikrincə, onun namizəd olması partiyanın qərarından asılıdır. YAP siyahını açıqladıqdan sonra onun namizəd olub-olmaması məlum olacaq.

Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.

Millət vəkili Rasim Musabəyov da növbəti seçkilərə qatılmaq fikrindədir.

Millət vəkili Vahid Əhmədov deputat seçildiyi 52 saylı Quba seçki dairəsindən yenidən namizədliyini irəli sürəcək.

Parlament üzvü bildirib ki, namizədliyi ilə bağlı ona çoxlu müraciətlər daxil olur: “Görüləsi işlər var və onları davam etdirəcəyəm”-deyə millət vəkili vurğulayıb.

Milli Məclisin 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatı olan Musa Qasımlı da yenidən namizədliyini irəli sürəcəyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler