» » Həkim məhkəmə zalında həbs olundu

Həkim məhkəmə zalında həbs olundu

Bölmə: BLOK XƏBƏR
Həkim məhkəmə zalında həbs olundu
BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov məhkəmə zalında həbs edilib.


Xalqinfo” axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apleyasiya Məhkəməsində keçirilən prosesdə F.İbrahimov 2,5 il azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib və məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler