» » "Mehriban Əliyeva ambisiyalı və qorxmazdır!"-

"Mehriban Əliyeva ambisiyalı və qorxmazdır!"- Leyla Əliyeva

Bölmə: BLOK XƏBƏR
"Mehriban Əliyeva ambisiyalı və qorxmazdır!"-
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, anası Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Xalqinfo.az bildirir ki, bu barədə Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb.

"Mənim ona olan səmimi hisslərimi sözlə ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və heyranlıq...Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl edir. O, ambisiyalı, qorxmazdır, yorulmur... Adətən bu sıra "cəsarətli" sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Tanrı bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı saxlamağa göndərib.

Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!`, - deyə Leyla Əliyeva yazıb.

Xatırladaq ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler