» » Azərbaycanda mobil nömrə satılır-

Azərbaycanda mobil nömrə satılır- 27 000 manata

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda mobil nömrə satılır-
Azərbaycanda 27 000 manata (050) 966-66-66 bahalı, “zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.


Xalqinfo”nun oxu.az-a istinadən məlumatına görə, bu barədə elan disput.az saytında yerləşdirilib.

Elanı yerləşdirən Fexri_94 adlı istifadəçi qeyd edir ki, nömrəni ayda 300 manata icarəyə də verir.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində nörmələrin “zerkalnı” olması bir çoxlarının sevimli müzakirə mövzularından biridir. Daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Lakin belə SIM kartların qiyməti daha baha olur. Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 000 manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler