» » Əbiyevin adamının 3 milyonluq korrupsiyası

Əbiyevin adamının 3 milyonluq korrupsiyası

Bölmə: BLOK XƏBƏR
Əbiyevin adamının 3 milyonluq korrupsiyası
Səfər Əbiyev tutduğu vəzifədən çıxarılandan sonra ətrafı “krışa”sız qaldı. Nəticə də özünü çox gözlətmədi. Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluğun apardığı araşdırmalar nəticəsində vitse-admiralı Şahin Sultanov da daxil olmaqda 8 yüksək vəzifəli hərbçi həbsə alınıb.


“N” saylı məxfi hərbi hissənin komandiri Elçin Xəlilovun həbsi də bu sıradadır. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi E.Xəlilovu Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

“Qafqazinfo” xəbər verir ki, musavat.com E.Xəlilovun həbsinin detalları haqda məlumat yayıb. Məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması bildirilib. E.Xəlilovdan həmin vəsaitin geri qaytarılması istənilib. Sabiq nazirin köməkçisi 2-3 gün ərzində həmin vəsaiti geri qaytaracağına söz verib. Lakin 2 ay ərzində vəsait dövlət büdcəsinə qaytarılmayıb. Bundan sonra məsələ ilə bağlı Hərbi Prokurorluğa yeyinti haqda məlumatlar göndərilib.

Məsələ Hərbi Prokurorluqda araşdırılıb və istintaqa dəvət olunan Elçin Xəlilov orada qandallanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler