» » Azərbaycanın supervarlıları Londonun bu mənzillərində günü

Azərbaycanın supervarlıları Londonun bu mənzillərində günü 15 min dollara dincəlir+Fotolar

Bölmə: BLOK XƏBƏR
Azərbaycanın supervarlıları Londonun bu mənzillərində günü
Azərbaycandan olan supervarlılar Londonun prestijli kvartallarında dəbdəbəli istirahət üçün gündə təxminən 15 min dollar ödəyir.

Xalqinfo.az xəbər verir ki, bu haqda “Business İnsider Australia” nəşri yazır.

Nəşrin yazdığına görə, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər “başgicəlləndirici sərvətə malik” varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyir.

Londonun daşınmaz əmlak agentliyi "EJ Harris" bu zənginlərin istirahət etdiyi olduqca dəbdəbəli mənzillərin bəzilərinin fotolarını da yayıb. Bu mənzillərin təkcə yataq otaqlarının sahəsi orta statistik britaniyalının mənzilinin ümumi sahəsindən çoxdur.

Naytsbric, Mayfair, Merlibon məhəllələrində yerləşən dəbdəbəli apartamentlərin icarəsinin bir günü 10 min funt-sterlinqə qədər ola bilər.

Belə mənzillərdə müştərilər üçün bütün xidmətlər təşkil olunub. Bura təhlükəsizliyin təmin olunması, qəbul və yerləşdirmə, ştatlı əməkdaşlar və icarəçinin sutkanın 24 saatı boyu sifarişlərinin yerinə yetirilməsi daxildir.

Mənzillərdə bir qayda olaraq konfrans-zallar, banket zalları da olur. Super-zənginlərin əksəriyyəti Naytsbricdəki “Mandarin Oriental Hotel”in nəzdindəki mənzilləri, digərləri Mayfair məhəlləsindəki apartamentləri seçir.

"EJ Harris" şirkətinin məlumatına əsasən hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər əsasən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Azərbaycandan olan ultra-zənginlər apartamentlərin qısamüddətli kirayəsi üçün 5 min funt-sterlinqdən 10 min funt-sterlinqə qədər vəsait ödəyir. Söhbət gündəlik kirayə haqqından gedir.

Belə mənzillər hər cür stressdən, səs-küydən uzaq ərazilərdə yerləşir. Müştərilərin 80 faizi özləri ilə bir neçə mühafizəçi və köməkçi də aparırlar.

"EJ Harris" bildirir ki, varlı müştərilər bir qayda olaraq özləri ilə 6-8 əməkdaş gətirirlər. Bunlar dəbdəbəli ziyafətlər təşkil etməkdə və ailə üzvlərinin qayğısına qalmaqda onlara kömək edirlər.

Zənginlər adətən 1500 kvadrat-fut sahəsində 3-6 otaqlı mənzillər sifariş verirlər. Bir müştəri həftə ərzində Londonun dəbdəbəli mənzillərinin kirayəsinə orta hesabla 60 min funt (93 min 696 dollar) xərcləyir.

Bəzi müştərilər özlərini bayramda hiss etmək üçün mənzillərin ultra-dəbdəbə ilə bəzədilməsini də sifariş edirlər. Müştərilərə hüdudsuz təbiət mənzərəsinə malik ayrıca malikanələr də təklif olunur.
Mənbə virtualaz.org
◀▶

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler