» » Nabranda istirahətə gedən oğlanla qız qaçırıldı -

Nabranda istirahətə gedən oğlanla qız qaçırıldı - Qeyri-adi insident+Yenilənib

Bölmə: BLOK XƏBƏR
Nabranda istirahətə gedən oğlanla qız qaçırıldı -
Bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub.


"Xalqinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə deyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.

Naməlum şəxslər gənc oğlan və qızla yanaşı “Bulaq” istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.

***

Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) bəzi saytlarda bu gecə Nabranda istirahət mərkəzlərindən birindən üç nəfərin 20-ə yaxın şəxs tərəfindən qaçırılması barədə xəbərlərə münasibət bildirib.

"Xalqinfo" xəbər verir ki, Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, həmin hadisədə hər hansı cinayət faktı yoxdur: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gecə rayon ərazisində insan alverinə qarşı reyd keçirib. Əməliyyat axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsız yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz. Yayılan məlumatlar kökündən yalandır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler