» » “Kim mənə çaşır, dağdan aşır...”-

“Kim mənə çaşır, dağdan aşır...”- İlhamə

Bölmə: BLOK XƏBƏR
“Kim mənə çaşır, dağdan aşır...”-
Xalq artisti İlhamə Quliyeva reklam olunmaq istəyən sənətçilərdən qonorar tələb edib. “Qafqazinfo”nun məlumatına görə, İlhamə Quliyeva bu haqda “Onlar “ verilişinə açıqlamasında söhbət açıb:


“Bundan sonra isə qonorarla sənətçiləri reklam edəcəm. Bankda hesab açmışam, reklam olunmaq istəyən ifaçı pulu ödəyəcək, mən onun səsinin olub-olmamasını yoxlayacam. Çoxlarına dəstək olsam da, çörəyi dizinin üstə olan insanlar var. Allah məni yaradıb ki, ancaq yaxşılıq edim. Məndən heç kimə zərər gəlməz”.

Xalq artisti müddət öncə ondan titul istəyən Namiq Qaraçuxurlunu da arzusuna çatdırıb:

“Namiq çox istədiyim insandır, məndən titul istəmişdi. Namiqə meyxanaçı-filosof titulunu verirəm. O, filosofdur, belə də davam etsin, fəlsəfəliyindən dönməsin”.

Daha sonra İhamə Quliyeva hövsələsiz olduğunu bildirib:

"Hövsələsiz adamam, amma lazım gələndə özümü idarə edə bilirəm. Həddindən artıq çaşan insanı isə yerində otuzdurmaq lazımdır. Bunu mən bacarıram, bacaracağam. Mənə qarşı kim çaşır, dağdan aşır. Elə insanları gərək topuğundan yuxarı buraxmayasan. Yoxsa boynuna, ordan da başına çıxarlar. Mənim başımda isə ancaq tac olur".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler