» » ABŞ-da ən məşhur 6 KQB casusu

ABŞ-da ən məşhur 6 KQB casusu

Bölmə: BLOK XƏBƏR, MANŞET
ABŞ-da ən məşhur 6 KQB casusu
Soyuq müharibə” dövründə SSRİ və ABŞ-ın kəşfiyyat orqanları arasında savaş geniş vüsət almışdı. Hər iki tərəf, biri digərində mühüm məlumat ötürən casuslara sahib olublar. Lakin ABŞ-da SSRİ üçün işləyən bir çox casuslar olub ki, onlar digərlərindən xüsusilə fərqləniblər. Dünya mətbuatında "Möhtəşəm altılıq" kimi adlandırılan, SSRİ üçün çalışan həmin casuslar bunlardır.
1) Oldriks Heyms
ABŞ-da ən məşhur 6 KQB casusu
Heyms “soyuq müharibə” illərində və daha sonra Amerika kəşfiyyatının ən yüksək rütbəli işçilərindən biri olub. MKİ-nın sovet bürosu rəhbəri vəzifəsində çalışıb. 1985-ci ildə özü SSRİ səfirliyinə gələrək əməkdaşlıq təklif edib. Bu qiymətli casusun fəaliyyəti nəticəsində rəsmi Moskva KQB və BKİ-də (Baş Kəşfiyyat İdarəsi) ABŞ üçün çalışan casusları ortaya çıxarıb (məsələn, BKİ generalı Dmitri Polyakovu). Doqquz il Moskva üçün işləyən Heymsə Kreml 2.7 milyon dollar ödəyib. 1994-cü ildə ifşa olunan Heyms ömürlük həbs cəzasına məhkum edilib.

2) Harold Ceyms Nikolson
ABŞ-da ən məşhur 6 KQB casusu
MKİ-nın xüsusi professional casuslar yetişdirən bir mərkəzində işləyən Nikolson sovet kəşfiyyatında Batman ləqəbi ilə tanınıb. Nikolson çalışdığı illərdə işlədiyi idarədəki önəmli bilgiləri və SSRİ-yə göndəriləcək casusların adlarını KQB-yə ötürüb. 1996-cı ildə hesabında 120 min dollar görən ABŞ kəşfiyyatı ondan şübhələnib. Nəhayət, ifşa olunub və 23 il həbs cəzasına məhkum edilib.

3) Erl Edvin Pitts
ABŞ-da ən məşhur 6 KQB casusu
FTB-nin Nyu-York rəsmilərindən biri, sovet işləri üzrə professional. 1987-ci ildən KQB ilə əməkdaşlığa başlayıb. O da amerikalı agentlərin adlarını KQB-yə ötürüb. 1992-ci ildə ABŞ kəşfiyyatı ondan şübhələnib və Moskva ilə bütün kontaktlarını itirib. 1996-cı ildə isə ona tələ qurulub və ələ keçirilib. Bir il sonra Pittsə 27 il həbs verilib.


4) Corc Trofimov
ABŞ-da ən məşhur 6 KQB casusu
Rus əsilli amerikan hərbi kəşfiyyat işçisi. Almaniyada rus mühacir ailəsində doğulan və sonra ABŞ-a köçən Trofimov orduda işləməyə başlayıb. Daha sonra bir keşiş tərəfindən KQB ilə əməkdaşlığa cəlb edilib və düz 25 il Moskvaya kimyəvi və bioloji silahlara aid məlumatlar da olmaqla 50 min səhifəlik gizli sənəd ötürüb.1994-cü ildə yaxalanan 73 yaşlı Trofimov ömürlük həbs cəzasına məhkum edilib.

5) Robert Hanssen
ABŞ-da ən məşhur 6 KQB casusu
FTB-nin sovet analitik bürosu rəhbəri, KQB-nin Ramon ləqəbli agenti. 1985-ci ildə KQB ilə əməkdaşlığa başlayıb, amma ABŞ mətbuatının yazdığına görə, BKİ ilə əməkdaşlığı daha keçmişə, 70-ci illərə dayanır. SSRİ-nin dağılmasıyla KQB ilə əlaqəsi kəsilib, amma 1999-cu ildə yenidən rus kəşfiyyatına işləməyə başlayıb. Lakin iki ildən sonra ifşa olunub.
Hanssen 1.4 milyon dollar qarşılığında FTB, MKİ və başqa qurumlardan ələ keçirdiyi 6 min səhifəlik məlumatı Moskvaya göndərib. O həmçinin SSRİ-nin Vaşinqtondakı səfirliyinin altında gizli tunelin olduğunu da KQB-yə çatdıran adamdır. İndi ömürlük həbs cəzası çəkir.

6) Ariel Veynman
ABŞ-da ən məşhur 6 KQB casusu
2006-cı ildə yaxalanan Ariel Veynman ABŞ sualtı gəmisində çalışıb. 2005-ci ildə içərisində gizli sənədlərin olduğu noutbuku götürərək “Tomaqavk” raketləri ilə əhatələnmiş “Albuguergue” sualtı gəmisindən qaçır. İddialara görə, sənədləri rus kəşfiyyatına ötürüb. ABŞ-a qayıtdıqdan sonra tutulub və 12 il həbs cəzasına məhkum edilib.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler