» » “Azərbaycan tarixi” fənni ləğv ediləcək?-

“Azərbaycan tarixi” fənni ləğv ediləcək?- Rəsmi açıqlama

Bölmə: BLOK XƏBƏR
“Azərbaycan tarixi” fənni ləğv ediləcək?-
“Artıq bir neçə gündür ki, müxtəlif xəbər saytlarında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin tədris planından “Azərbaycan tarixi” fənninin çıxarılması barədə heç bir əsası olmayan informasiyalar gedir. İnstitutla dəqiqləşdirilmədən, aydınlaşdırılmadan yayılan bu məlumatlar tamamilə yanlışdır”.


“qafqazinfo”ya daxil olan məlumata görə, bunu Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib.

Direktor qeyd edib ki, Təhsil Problemləri İnstitutu “Azərbaycan tarixi” fənninin tədris planında xüsusi yer tutmasını dəstəkləyir: “Xalqımızın tarixini, keçmişini və bu gününü öyrənmək, onun maddi-mənəvi, mədəniyyət abidələri barədə biliklərə yiyələnmək hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəs bu vətəndaşlıq məktəbini keçməlidir.

Bunun üçün birinci növbədə Azərbaycanın tarixini dərindən öyrənmək vacib hesab edilir. Təhsil Problemləri İnstitutu bütün fənlərə, xüsusi olaraq “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili” fənlərinə bu mövqedən yanaşır, onların tədris planında xüsusi yer tutmasını dəstəkləyir. İnstitutun orta məktəbdə “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı mövqeyi ondan ibarətdir ki, “Azərbaycan tarixi” varlığımızı övladlarımıza bir xalq olaraq öyrədə bilən, qürur hissi formalaşdıran fənn kimi tədris olunsun.

Şagirdlərin sivilizasiyaların inkişafı ilə bağlı tarixi düşüncə tərzi ilk növbədə məhz “Azərbaycan tarixi” fənni əsasında formalaşsın. Təbii ki, ümumi təhsilin yeni məzmunun formalaşmasında bu bizi düşündürməli, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli və effektiv öyrədilməsi ilə bağlı nəticələrə gətirib çıxarmalıdır”.

Q. Novruzovun sözlərinə görə, heç bir əsası olmayan informasiyaların Təhsil Problemləri İnstitutu ilə dəqiqləşdirilmədən məqsədli şəkildə yayılması narahatedici haldır:

“Bütün bunların əvəzində əsası olmayan şayiələrin yayılması və müəyyən dedi-qodu sahiblərinin bu fikirləri yayması təəssüf doğurur. Yaxşı olardı ki, onlar bu müqəddəs missiyanın həyata keçirilməsi üçün məktəbdə Azərbaycan tarixinin vətəndaş təfəkkürünün formalaşdırılması baxımından tədris keyfiyyətinin yaxşılaşdırılması üçün konstruktiv təkliflərini versinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler