» » Gül Ərdoğanın iştirak etdiyi tədbirdə Türkiyənin xarici siyasətini tənqid etdi

Gül Ərdoğanın iştirak etdiyi tədbirdə Türkiyənin xarici siyasətini tənqid etdi

Bölmə: BLOK XƏBƏR
Gül Ərdoğanın iştirak etdiyi tədbirdə Türkiyənin xarici siyasətini tənqid etdi
Gül Ərdoğanın iştirak etdiyi tədbirdə Türkiyənin xarici siyasətini tənqid etdi
Türkiyənin keçmiş prezidenti Abdullah Gül, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da qatıldığı bir iftar proqramında Türkiyənin xarici siyasətini tənqid edib.

Avropa.info xəbər verir ki, iftar zamanı Ərdoğanla eyni masada oturan Abdullah Gül çıxışı zamanı ölkəsinin xarici siyasət kursunu sərt şəkildə tənqid edib.

Gül çıxışı zamanı Türkiyə hakimiyyəti üçün "qırmızı xətt" olan Misirin də adını çəkib. Keçmiş prezident Misirdə hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirən prezident Sisi ilə əməkdaşlığa eyham vuraraq, "Misirdən tutmuş, Liviyaya qədər əlaqələrimizi inkişaf etdirməliyik" deyib.

"Yaxın Şərqdə Fələstin məsələsinin həll edilmədiyi halda uzunmüddətli sülh yoxdur. İslam ölkələrinin bir-birənə savaş açması həqiqətən çox acıdır. Bu baxımdan inanıram ki, Türkiyə olaraq bu ölkələrə yardımçı olmalıyıq. Bunun üçün də şübhəsiz ki, hamısı ilə əlaqəmizi inkişaf etdirməliyik. Liviyadan Misirə qədər, Yəməndən bütün Körfəz ölkələrinə qədər, necə bir vaxtlar onlara yardım etdiksə, yenidən bu ölkələrə yardım edən , yol göstərən olmalıyıq. Bu mənada açığı, Yaxın Şərq və ərəb ölkələri ilə bağlı siyasətlərimizi daha realist bir şəkildə nəzərdən keçirməyin də faydalı olacağı qənaətindəyəm. Çünki regionda başqa hadisələr baş verir. Böyük bir xaos ortaya çıxarsa, bu xaosun içərisindən çıxacaq, heç təxmin etmədiyimiz sürprizlərlə qarşı-qarşıya qala bilərik".

Qeyd edək ki, Türkiyənin xarici siyasəti ilə bağlı Ərdoğanla Gül arasında öncəki illərdə də fikir ayrılığı vardı. Misirdə dövlət çevrilişindən sonra, prezident kürsüsünə oturan Sisiyə Abdullah Gül təbrik məktubu göndərmiş, Ərdoğan isə qanuni prezident kimi Məhəmməd Mursini tanımışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler