» » Rusiyaya qaçan generalla bağlı Müdafiə Nazirliyindən rəsmi açıqlama

Rusiyaya qaçan generalla bağlı Müdafiə Nazirliyindən rəsmi açıqlama

Bölmə: BLOK XƏBƏR
Rusiyaya qaçan generalla bağlı Müdafiə Nazirliyindən rəsmi açıqlama
Müdafiə Nazirliyi azərbaycanlı generalın Rusiyaya qaçması xəbərinə aydınlıq gətirib.

Publika.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən bildiriblər ki, adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır.

“Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.

Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb.

Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”- deyə sorğunun cavabında deyilir.

Qeyd edək ki, azərbaycanlı general Bağır Fətullayevin Rusiyaya qaçdığı haqqında xəbərlər yayılıb. Onun vaxtilə Rusiyada ordu komandanının müavini vəzifəsində çalışdığı, təxris olunduqdan sonra keçmiş nazir Səfər Əbiyev tərəfindən Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verildiyi deyilir. Rusiyaya getməsinə səbəbsə MN-nin rəhbərliyi ilə problemlər yaşamasıdır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler