» » Səyyad Aran Dini Komitəyə sədr gətirilir -

Səyyad Aran Dini Komitəyə sədr gətirilir - AÇIQLAMA - Özəl

Bölmə: BLOK XƏBƏR, MANŞET
Səyyad Aran Dini Komitəyə sədr gətirilir -
Xalqinfo.az Pulkifa.az istinadən xəbər verir ki,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrliyinə Səyyad Aran gətirilir.

Komitənin adının açıqlanmasını istəməyən əməkdaşı Publika.az-a deyib ki, S. Aranla bağlı dövlət başçısına təqdimat gedib.

Ən diqqət çəkən məqamsa komitənin millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın nəzarətinə verilməsidir.

“Sədr Səyyad Aran gətirildikdən sonra komitədə işlərə yuxarıdan, birbaşa müşavir tərəfindən nəzarət olunacaq”-deyə mənbə bildirib.

Səyyad Aran isə Publika.az-a açıqlamasında bildirib ki, proseslərdən xəbərsizdir:

“Mən Ağsuda dini maarifləndirmə işlərini aparırdım. Hazırda yol gəlirəm, heç nədən xəbərim yoxdur. Bütün bunlarla bağlı sonra danışacam”.

Qeyd edək ki, Səyyad Aran YAP-ın qurucularındandır. O, mərhum prezident Heydər Əliyevin ən yaxın silahdaşlarından olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler