» » İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı

İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı

Bölmə: BLOK XƏBƏR
İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı
Bir neçə ay əvvəl Sabunçun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir aylıq müddətinə uzaqlaşdırmışdı. Buna səbəb icra başçısı görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu.


Bu gün “Qafqazinfo”ya zəng edən Balaxanı sakinlərindən biri qəsəbə icra nümayəndəsinin yenidən vəzifəsinə bərpa edildiyini bildirib. Sakin bir ay əvvəl nümayişkaranə şəkildə işdən qovulan icra nümayəndəsinin nəyə görə yenidən bu vəzifəyə qaytarılmasını anlamadıqlarını deyib. O iddia edib ki, həmin vaxt icra başçısının sərt qərarı gözdən pərdə asmaq üçün imiş.

Məsələyə aydınlıq gətirmək üçün “Qafqazinfo” Sabunçu icra başçısı Adil Vəliyevlə əlaqə saxlayıb. İcra başçısı bildirib ki, həmin vaxt Fərhad Qurbanov Balaxanı icra nümayəndəsi vəzifədən bir aylıq müddətinə uzaqlaşdırılmışdı, təkrarən vəzifəyə qaytarılması isə qəsəbə camaatı ilə müzakirələrdən sonar baş tutub:

“Qəsəbənin 200 nəfərlik nümayəndəsi ilə iclas keçirdik, onlardan 184 nəfəri Fərhad Qurbanovun qüsurlarını aradan qaldırdığını və onun yenidən işə bərpasına etiraz etmədiklərini deyib. Mən Balaxanıda böyük işlərin görüləcəyini bildirmişəm, sözümün də arxasındayam. Çünki orada böyük müəəssisələrin tikilməsi və qəsəbə sakinləri üçün yeni iş yerlərinin açılması üçün çalışırıq”.

İcra başçısının mart ayında Balaxanı sakinləri ilə görüşünün kadrlarını bir daha təqdim edirik:


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler