» » Bakı-2015: Kim neçə medal qazandı?

Bakı-2015: Kim neçə medal qazandı?

Bölmə: BLOK XƏBƏR
Bakı-2015: Kim neçə medal qazandı?
Bakı-2015 I Avropa Oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün yarışların son 9 medal dəstinin sahibi müəyyənləşib.

Bununla, 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub.

21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 79 dəfə çempionluq yaşayıb. 40 gümüş və 45 bürüncü də olan rusiyalılar 164 medala sahib çıxıb.

İlk “üçlük”də Böyük Britaniya yığması da yer alıb. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pilləylə kifayətlənib.

Ümumilikdə isə Bakı-2015-də 844 medalın sahibi bəlli olub. Eyni sayda 253 qızıl və gümüşlə yanaşı, 338 bürünc mükafat oynanılıb. Bunlara 50 iştirakçı ölkədən 42-nin idmançıları yiyələnib. Onlardan 31-i çempionluq qazanmağı bacarıb. Lüksemburq, Malta, Bosniya və Herseqovina, Andorra, Albaniya, İslandiya, Lixtenşteyn, və Monako isə Bakı-2015-i medalsız tərk edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler