“Mən xalq üçün yaşayıram” – İlham ƏliyevBölmə: BLOK XƏBƏR, MANŞET
![]() Dünən Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışında iştirak etdikdən sonra prezident İlham Əliyev sakinlərlə görüşüb. “Xalqinfo” İlham Əliyevin sakinlərlə dialoqunu təqdim edir: İlham ƏLİYEV: Təzə yoldan istifadə edirsiniz? SAKİNLƏR: Bəli, çox rahatdır, gözəldir. Sizin sayənizdə bu problemimiz də həll olundu. Allah Sizi qorusun. İlham ƏLİYEV: Təbrik edirəm. SAKİNLƏR: Sağ olun. Böyük problem idi. Böyük iş görülüb. İlham ƏLİYEV: Əlbəttə, böyük işdir. Burada göstərilən şəkillərdə gördüm ki, əvvəlki yol hansı vəziyyətdə idi. O yolu necə getdiyinizi təsəvvür etmək çətindir. SAKİN: Hörmətli Prezident, mən Zərdab rayonundanam. Bu yol ilə Veys baba ziyarətgahına üç saata gedib gəlirdim. Çox sağ olun. Sizə çox minnətdarıq. İndi yollarımız çox gözəl çəkilibdir. SAKİN: Cənab Prezident, Allah Sizi qorusun. Biz Sizdən çox razıyıq. İlham ƏLİYEV: İndi bu yol Zərdaba qədər gedir. SAKİNLƏR: Bəli, Zərdaba qədər gedir. Neçə kənd varsa hamısının sakinləri Sizə duaçıdır. İlham ƏLİYEV: Mənə dedilər ki, 11 kəndin 20 min əhalisi uzunluğu 34 kilometr olan bu yoldan istifadə edir. SAKİN: Cənab Prezident, bu yoldan Zərdab camaatı da istifadə edir. Çox təşəkkür edirik. Sizə minnətdarıq. Mehriban xanıma minnətdarıq. Sizə möhkəm cansağlığı diləyirik. İlham ƏLİYEV: Yol rahatlıq, müasirlik, mədəniyyət, rahat həyat deməkdir. İndi görün, necə gözəl yol çəkilibdir. Azərbaycanın bütün kənd yolları bax bu səviyyədə olacaqdır. Hər il dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılır, hər bir rayonda, hər bir bölgədə kənd yolları çəkilir. Ağdaşın da bütün kənd yolları belə olmalıdır. Ağdaşda 71 kənd vardır. Biz indi burada 11 kəndi birləşdirdik. Bundan başqa, Ləki-Ağdaş yolu da tikilmişdir. Gələcəkdə yeni kənd yolları da tikiləcəkdir. Sizi bir daha təbrik edirəm. SAKİNLƏR: Allah Sizi qorusun. Bütün bu işlərə görə Sizə minnətdarıq. Sizə cansağlığı arzu edirik. Ömrünüz uzun olsun. Təkcə yola görə deyil, yaratdığınız bütün şəraitə görə Sizə təşəkkür edirik. SAKİN: Yol salmaq savab işdir. Siz isə görün nə qədər yol çəkdirmisiniz. Bu xalqın xeyir-duası Sizə bəsdir. Xalq Sizinlədir. İlham ƏLİYEV: Sağ olun. Mən də xalq üçün çalışıram, işləyirəm. Mənim əsas məqsədim xalqa xidmət etməkdir. SAKİNLƏR: Çox sağ olun. Allah Sizə cansağlığı versin. Sizin yaratdığınız bu əmin-amanlıq, gözəl işlər xalqın rifahı, dolanışığı üçündür. Biz Sizin uğurlu, cəsarətli xarici siyasətinizlə fəxr edirik. Biz həmişə gözəl yolları şəhərdə görürdük. İndi öz kəndimizdə, öz rayonumuzda görürük. Biz inanırıq ki, Siz Qarabağımızı da qansız-qadasız qaytaracaqsınız. Biz Sizə inanırıq. İlham ƏLİYEV: İnşallah. Sağ olun. SAKİN: Xalq Sizi ürəkdən sevir. Ağsaqqallar adından, bütün ağdaşlılar adından Allahdan Sizə, ailənizə dualar edirik. Sizin Ağdaşa diqqətiniz çox böyükdür. Allah Sizdən razı olsun. Xalqın duaları Sizi qoruyacaqdır. Siz xalqın Prezidentisiniz, hər bir vətəndaşın Prezidentisiniz. İlham ƏLİYEV: Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, xalq üçün işləyirəm, yaşayıram. Mənim başqa amalım yoxdur. Bu bölgələrdə, ucqar rayonlarda belə inkişafı, belə gözəl işləri görəndə ürəyim sevinir. Mənim üçün ən böyük mükafat sizin yaxşı yaşamağınızdır. SAKİNLƏR: Çox sağ olun. Siz çox gözəl sözlərə layiqsiniz. Cənab Prezident, atanızın vəsiyyətlərini Siz 200 faiz yerinə yetirirsiniz. Sizə təşəkkür edirik. İlham ƏLİYEV: Sağ olun. Təşəkkür edirəm. SAKİNLƏR: Sağ olun. |
XƏBƏR LENTİ
26.04.18 09:20 | Yeni yaradılan təşkilatlar haqda məlumat
26.04.18 09:10 | Azərbaycanda palçıq vulkanında qızıl tapılıb
26.04.18 08:47 | Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu
26.04.18 08:30 | Hüseyn Abdullayev hardadır?
25.04.18 22:21 | AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.18 22:09 | Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb
25.04.18 21:38 | FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
25.04.18 21:20 | Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25.04.18 20:46 | Türkiyə üçün “S-400”lərin istehsalına başlanıldı
25.04.18 20:27 | Fransada etirazçılar hər gün 2 milyard dollar ziyan vurur
25.04.18 20:12 | ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.18 19:44 | Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik -
Rusiyadan Ermənistan bəyanatı
Rusiyadan Ermənistan bəyanatı
25.04.18 19:42 | Şahmatçılarımızın qələbəsizlik seriyası davam edir
25.04.18 19:32 | Futbol məşqçimizin qızı Rusiya adından çempion oldu
25.04.18 19:26 | Yeni nazirdən daha 4 - Təyinat
25.04.18 18:25 | ““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq”
25.04.18 18:08 | İşdən çıxarılan nazirimiz piyada gəzir
25.04.18 18:07 | Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı
25.04.18 18:02 | Ermənistanda nazir istefa verdi, etirazçılara qoşuldu
|