» » Abbas Abbasovun qardaşı həbs olundu

Abbas Abbasovun qardaşı həbs olundu

Bölmə: BLOK XƏBƏR
Abbas Abbasovun qardaşı həbs olundu
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs olunub.


Xalqinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, onun da adı Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Məlumata görə, Nadir Abbasov bu məsələ ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Nadir Abbasovun Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilir.

“Təzadlar” qəzeti isə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçildiyini yazıb. Onun bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti İdarəsi”nin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Kreditini qaytarmayan N. Abbasov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır.

Məlumatda həmçinin bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının və qızının Gəncədə bağça müdiri vəzifəsindən azad olunduğu da qeyd edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler