» » “Keçid balı aşağı olacaq”

“Keçid balı aşağı olacaq” Abituriyentlərə müjdə:

Bölmə: BLOK XƏBƏR
“Keçid balı aşağı olacaq”
“Bu il bakalavr pilləsi üçün qəbul imtahanlarında plan yeri 3.95% artıb, ümumi 38 111 yer ayrılıb”.

AzVision.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumi qruplar üzrə qəbul planı dövlət və qeyri dövlət ödənişli və ödənişsiz artım 3,95%-dir: “Müxtəlif hərbi məktəbləri çıxsaq, onda qruplar üzrə I qrup 4% II qrup 7% III qrup 0.5% IV qrup 0.8%-dir”.

M.Abbaszadə bildirib ki, bu ilki plan yerlərinin hamısı Təhsil Nazirliyi ilə universitetlər arasında razılaşdırılıb:

“Rus və Azərbaycan bölmələri üzrə müsabiqə fərqli aparılacaq. Ötən il isə bu bölmələr üzrə qəbul birlikdə aparılırdı. Lakin bu ali məktəblərin qruplarının formalaşmasında çətinlik yaradıb. Dəyişiklik isə buna görə edilib. Buna əsasən də deyə bilərik də, bu il rus bölməsində keçid balı aşağı olacaq. Çünki sənəd verənlərin sayı azdır”.

M.Abbaszadənin sözlərinə görə, “şagird-məzun” bazasında 84 min 11 sinif şagirdi varsa, onların 59 mini ali məktəblərə sənəd verib.

TQDK sədrinin sözlərinə görə, bu məlumatlar dəqiqləşməmiş informasiyalardır. Məsələn, xəstəliyi barədə möhlət alan və İdman Akademiyasına sənəd verənlər araşdırılacaq. Bu araşdırmalar aparıldıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler