» » Dörd idmançımız finalda... –

Dörd idmançımız finalda... – Yenilənir

Bölmə: BLOK XƏBƏR
Dörd idmançımız finalda... –

Bu gün Avropa Oyunlarında sambo yarışlarına start verilib.


“Xalqinfo” xəbər verir ki, Azərbaycanı bu yarışlarda həm kişilərin, həm qadınların mübarizəsində ümumilikdə 8 idmançı var.

Amil Qasımov 74 kq çəki dərəcəsində meydana çıxacaq.

Fəridə Qurbanova 64 kq-da yarışacaq.

Vasif Səfərbəyov 100 kq-da xalçaya çıxacaq.

Nəzakət Xəlilova 52 kq-da mübarizə aparacaq.

Nərminə Əlizadə 68 kq-da medalçı olmağa çalışacaq.

Şəhanə Hüseynova 60 kq-da yarışlara qoşulacaq

İslam Qasumov 57 kq-da rəqiblərindən üstün olmaq üçün çalışacaq.

Kənan Qasımov isə 90 kq-da mübarizə aparacaq.

***

Kişilər arasında 90 kq çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov 1/4 finalda ukraynalı İvan Vasilçukla yarışıb və 0-2 hesabı ilə qalib gəlib.

57 kq çəki dərəcəsində İslam Qasımov 1/4 finalda Rumıniya təmsilçisi Orlando Qruya ilə qarşılaşıb və 0-4 hesabi ilə qalib gəlib.

Qadınlar arasında 52 kq çəki dərəcəsində Nəzakət Xəlilova 1/4 finalda Rumıniyadan Kodrina İoneski ilə qarşılaşıb və 1-3 hesabla qalib gəlib.

64 kq çəki dərəcəsində Fəridə Qurbanova 1/4 finalda Moldovadan Yekaterina Kretu ilə qarşılaşıb və 0-4 hesabı ilə məğlub olub.

Kənan Qasımov, İslam Qasımov və Nəzakət Xəlilova yarımfinala vəsiqə qazanıblar.

***

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Martin İvanov olacaq.

***

100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviç üzərində 8:0 hesablı qələbə qazanıb. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla qarşılaşıb və samboçumuz bu görüşdən də qalib ayrılıb. O, 2:0 hesablı qələbə qazanıb. Onun finalda rəqibi rusiyalı Artem Osipenmko olacaq.

52 kq çəki dərəcəsində Nəzakət Xəlilov yarımfinal görüşünə də çıxıb. O, litvalı Ruta Aksionova üzərində qələbə qazanmaqla finala adlayıb.

68 kq çəki dərəcəsində Nərminə Əlizadə belaruslu Namazava Volhaya 0:4 hesabı ilə uduzub.

***

90 kq çəki dərəcəsində ilk görüşünü qələbə ilə başa vuran Kənan Qasımov yarımfinalda rusiyalı Alsim Çernoskulova uduzub – 0:4

57 kq çəki dərəcəsində mübarizə aparan İslam Qasımov finala vəsiqə qazanıb. O, gürcüstanlı Vaxtanqi Çudraşviliyə 3:1 hesabı ilə qalib gəlib.

***

Amil Qasımov yarımfinal görüşünə çıxıb. O, bolqatıstanlı Martin İvanovla qarşılaşıb. A. Qasımov 4:3 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Şəhanə Hüseynova gürcüstanlı rəqibini 4:2 hesabı ilə məğlub edib və o, bürünc medal üçün mübarizəsini davam etdirəcək.qafqazinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler