» » Elnur Aslanovun daha bir saytı bağlanır-

Elnur Aslanovun daha bir saytı bağlanır- Yenilənib

Bölmə: BLOK XƏBƏR, MANŞET
Elnur Aslanovun daha bir saytı bağlanır-
Hazırda saytda 3 nəfərin işdə qaldığını söyləyiblər
"Gun.az" saytı sabahdan etibarən fəaliyyətini dayandırır.

"Xalqinfo" Movqe.az-a istinadən xəbər verir ki, kollektivdə çalışan işçi heyyətin çoxu artıq işə gəlmir.Sabahdan isə sayt rəsmi olaraq fəaliyyətini dayandırır.

Bakupost.az saytında da artıq ixtisarlar var. Gun.az saytınının rəhbərliyi ilə əlaqə saxlamağa çalışılsa da, telefona cavab verən olmayıb. Amma saytın adının çəkilməsini istəməyən əməkdaşları faktı təsdiqləyiblər. Hazırda saytda 3 nəfərin işdə qaldığını söyləyiblər.

Qeyd edək ki, gun.az və BakuPost Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanovun kurasiyasına aid idi. Onu da vurğulayaq ki, Elnur Aslanovun yaradıcısı olduğu medialara böyük maliyyə vəsaitləri ayrılsa da, onların oxucu auditoriyası məhdud olub.

Bu ayın əvvəlində isə Elnur Aslanovun yaratdığı "Yurd TV"də bağlanmışdı.

***

“Gün.az” saytının fəaliyyətini dayandırması ilə bağlı xəbərlər əsassızdır”. Bunu lent.az-a açıqlamasında saytın məsul redaktoru Emil Quliyev deyib.

Redaktor bildirib ki, saytın iş üslubunun dəyişməsi ilə əlaqədar müəyyən ixtisarlar aparılıb: “Sayt kollektivində ixtisarlar aparılıb, bu, 10 nəfərə şamil edilib. Hazırda sayt fəaliyyətini davam etdirir və belə də davam edəcək”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler