» » Olimpiya çempionumuz rus rəqibə qarşı-

Olimpiya çempionumuz rus rəqibə qarşı- Yenilənir

Bölmə: BLOK XƏBƏR
Olimpiya çempionumuz rus rəqibə qarşı-
Bu gündən etibarən Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına start veriləcək.


“Qafqazinfo” xəbər verir ki, ilk gündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq.

Milli komandamızın 4 idmançısı da bu gün meydana çıxacaq.

İlk olaraq xalça üzərinə 57 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev ayaq basacaq. O, fransalı El Ourraqe Zoheir ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:35-də başlayacaq.

Olimpiya çempionumuz Toğrul Əsgərov da bu gün xalçaya çıxacaq. O, saat 10:14-də rusiyalı İlias Bekbulatovla qarşılaşacaq.

74 kq çəki dərəcəsində isə ölkəmizi Cəbrayıl Həsənov təmsil edəcək. 2 qat Avropa çempionumuz macarıstanlı Naqi Mihaly ilə qarşılaşacaq. Görüş 11:10-da başayacaq.

97 kq-da isə ölkəmizi Xetaq Qazyumov təmsil edəcək. 2 qat olimiya 3-cümüz və dünya çempionumuz 10:21-də polşalı Baran Radoslavla üz-üzə gələcək.

***

Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla mübarizəyə başladı və həmyerlimiz 4-0 irəlidədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler