» » Türkiyənin əsrlik çinarı yıxıldı- Dəmirəl vəfat etdi

Türkiyənin əsrlik çinarı yıxıldı- Dəmirəl vəfat etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Türkiyənin əsrlik çinarı yıxıldı- Dəmirəl vəfat etdi
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib.

"Xalqinfo" xəbər verir ki, 91 yaşlı siyasətçi bu gecə ürək çatışmazlığından vəfat edib.

O, 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabey rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993 – 2000-ci illər arasında Türkiyənin 9-cu prezidenti olub. 1965 – 1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.

İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çox partiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler