» » Gülər Əhmədovanın əfv ediləcəyi xəbərinə rəsmi açıqlama

Gülər Əhmədovanın əfv ediləcəyi xəbərinə rəsmi açıqlama

Bölmə: BLOK XƏBƏR
Gülər Əhmədovanın əfv ediləcəyi xəbərinə rəsmi açıqlama
Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın əfv ediləcəyi ilə bağlı yayılan xəbərlərə Ombudsman Aparatından açıqlama veriblər. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov ANS PRESS-ə açıqlamasında, Gülər Əhmədovanın əfv edilməsi ilə bağlı Əfv Komissiyasına müraciət edilməyini deyib.

“Appelyasiya Məhkəməsi Gülər Əhmədova barəsində qərar çıxarmadığı üçün biz bu barədə dəqiq heç nə deyə bilmərik. Bu gün bizdə olan siyahıda tanınmış simaların müraciəti yoxdur. Bizə Gülər Əhmədova tərəfindən heç bir müraciət daxil olmayıb. Biz Gülər Əhmədovanın məhkəmə prossesini izləyirik. Prosses bu gün də davam etdiriləcək. Prossesi mətbuatdan da izləyirik. Bizə onun özü və yaxınları müraciət etsə, onun da adı həmin siyahıya salınacaq. Heç bir məhdudiyyət qoyulmur. Cəzasının üçdə birini çəkməsə belə prezidentin onu əfv etmək barəsinə müstəsna səlahiyyəti var”.

Daha sonra Vüqar Məhərrəmov əfvlə bağlı müraciət edənlərinin sayının artdığını da sözlərinə əlavə edib:

“Hər ayın sonunda əfv mürciətlərini Komissiyaya gönədirirk. Bu gün də müraciətləri göndərəcəyik. Əfv sərəncamın olub-olmayacağı ilə bağlı bizdə heç bir məlumat yoxdur. Məhkumlar arasında bizə ən çox əfv sərəncamının imzalanması ilə bağlı suallar verilir. Onlar amnistiya və əfvi çox maraqla gözləyirlər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler