» » Azərbaycanda bir günlük əsgərlik

Azərbaycanda bir günlük əsgərlik

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda bir günlük əsgərlik
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanda ilk dəfə sağlamlıq imkanı məhdud olan gənclər üçün Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə simvolik hərbi xidmət təşkil edilib.

ANS PRESS-in məlumatına görə, məqsəd sağlamlıq imkanı məhdud olan gənclərə simvolik əsgər həyatını yaşatmaq və onları hərbi xidmətlə tanış etməkdir.

Tədbirdə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində respublikanın 20 rayonunu təmsil edən 29 nəfər gənc təntənəli surətdə “həqiqi bərbi xidmətə” yola salınıb.
Sağlamlıq imkanı məhdud olan gəncləri hərbi orkestrın müşayiəti ilə Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri qarşılayıblar.

Hərbi şəhərciklə tanışlıqdan və sıra hazırlığı məşğələsindən sonra gənclər təntənəli andiçmə mərasimi başlanıb. Sağlamlığı məhdud olan gənclər Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Vətənə sədaqət andı içiblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

Tədbirdə iştirak edən müharibə veteranları və ictimaiyyət nümayəndələri gəncləri təbrik ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler