» » Azərbaycanda əsgər əsgəri güllələdi

Azərbaycanda əsgər əsgəri güllələdi

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda əsgər əsgəri güllələdi
Azərbaycan Ordusunda silahlı insident olub.

Xalqinfo.az APA-ya istinadən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler