» » Avropa İttifaqının Bakı ofisi qarşısında AKSİYA

Avropa İttifaqının Bakı ofisi qarşısında AKSİYA

Bölmə: BLOK XƏBƏR, MANŞET
Avropa İttifaqının Bakı ofisi qarşısında AKSİYA


Etirazçılar qurumu ikili standartlardan əl çəkməyə çağırıblar



Xalqinfo.az
bildirir ki, Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın xəbərinə görə, aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər.

Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.

Aksiya iştirakçıları əllərində “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.

İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar.

Daha sonra aksiyanın qətnaməsi oxunub.

Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler