» » Üç ilədək həbs gözləyir...- Prezident təsdiq etdi

Üç ilədək həbs gözləyir...- Prezident təsdiq etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Üç ilədək həbs gözləyir...- Prezident təsdiq etdi
Prezident İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1296-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.


“Xalqinfo" xəbər verir ki, Məcəllənin 159-cu maddəsində ediləcək dəyişikliyin mahiyyəti yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağa görə mövcud cəzanın sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, bundan sonra on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bundan əlavə, Məcəllənin 152.2-ci bəndində qeyd edilir ki, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, Məcəlləyə “yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə” məzmununda 171.2.3-cü maddə əlavə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler