» » “Bakı 2015”də Azərbaycanın bayrağını kim daşıyacaq?

“Bakı 2015”də Azərbaycanın bayrağını kim daşıyacaq?

Bölmə: BLOK XƏBƏR
“Bakı 2015”də Azərbaycanın bayrağını kim daşıyacaq?
Azərbaycan milli komandasının “Bakı 2015” I Avropa Oyunlarındakı bayraqdarı adına namizədlər açıqlanıb.


“Xalqinfo” xəbər verir ki, bu barədə Report-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

M.Rəhimovun sözlərinə görə, bayraqdar 5 idmançı arasından seçiləcək. Bunlar sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, son zamanlar keçirilən nüfuzlu yarışların qalibi Elmar Qasımov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədovdur.

Nazirlik rəsmisi yekun qərarı Milli Olimpiya Komitəsi rəhbərliyinin verəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış mərasimində komandanın önündə addımlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler