» » "Özünü Azərbaycan qadını kimi aparmır”

"Özünü Azərbaycan qadını kimi aparmır” Açıqlama

Bölmə: BLOK XƏBƏR
"Özünü Azərbaycan qadını kimi aparmır”
"Leyla Yunusun fəaliyyəti sırf Azərbaycan dövlətinin maraqlarına qarşı çıxmaqdır".

Virtualaz.org bildirir ki, bunu “Trend”-ə Milli Məclisin deputatı, rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov deyib.

L.Yunusun Azərbaycanda ən səs-küylü hüquq müdafiəçisi olduğunu deyən B.Sadıqov bildirib ki, o, beynəlxalq qurumlarda, təşkilatlarda olanda Azərbaycan xalqının və dövlətinin maraqları ilə bağlı məsələlərdə heç vaxt dövlətin maraqlarını öz şəxsi maraqlarından uca tutmayıb, əksinə həmişə çalışır ki, bir üsulla "fərqlənmək"lə daha çox qrant qoparsın.

B.Sadıqov əlavə edib ki, L.Yunus Azərbaycanda beynəlxalq qurumlardan ən çox qrant alanlardan biridir: "Nəhayət, Rauf Mirqədirovla bağlı hadisələr olanda Leyla Yunus özü də etiraf etdi ki, o da həbs olunmalıdır, gəlib onu da həbs edəcəklər. Yəni, əslində, görünür ki, o, öz hərəkətlərini, əməllərini bilirdi".

Millət vəkilinin sözlərinə görə, L.Yunus dəfələrlə Ermənistanda olub, daim ermənilərlə bir yerdə layihələrin icraçısı olub, onun ərinin erməni qarışığı var: "Leyla Yunus heç vaxt özünü azərbaycanlı kimi, xüsusən Azərbaycan qadını kimi aparmır. Azərbaycanda çoxsaylı hüquq müdafiəçisi olan qadınlar da var. Onlar da həmişə etirazlarını bildirirlər, müəyyən məsələlərdə iqtidarla razılaşmırlar, amma haradasa dövlətin maraqları olan yerdə Leyla Yunus kimi Azərbaycan dövlətinin, xalqının maraqlarına qarşı çıxmırlar. Bu gün əgər Leyla Yunusu xaricə buraxmayıblarsa və bu gün onun hərəkəti müvafiq qurumlarda şübhə doğurursa, əminəm ki, bu şübhənin əsasları var, çünki onun son dövrdəki fəaliyyəti də qapalı idi. Mən inanıram ki, Leyla Yunusun fəaliyyəti ilə bağlı obyektiv araşdırmalar aparılacaq, hüquqi qiymət veriləcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler