» » Rüşvət alan daha bir yol polisinin videosu yayıldı - (Video)

Rüşvət alan daha bir yol polisinin videosu yayıldı - (Video)

Bölmə: BLOK XƏBƏR
Rüşvət alan daha bir yol polisinin videosu yayıldı - (Video)
Facebook sosial şəbəkəsində yol polisinin rüşvət alması ilə bağlı yeni video paylaşılıb.

Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Videoda əks olunan yol polisi maşınının dövlət nömrə nişanı YPX 365-dir. Ən qəribəsi isə odur ki, maşının üstündəki nömrə ondan fərqli olaraq 548-dir. Halbuki yol polisi maşınlarında bütün nömrələr eyni olur.

Virtualaz.org-un xəbərinə görə, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə bildirib ki, bu barədə hələlik onlarda məlum yoxdur. Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu qanun pozuntusudur.

“Ola bilər həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də, təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb.

Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz. Bu qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa, həmin şəxs idarəyə mütləq bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler